idman

İdman etdikdən sonra hansı qidaları qəbul etmək olmaz?

Baxış sayı: 538

İdman sonra yeyilən qidalar günün qalan hissəsində yediklərinizdən daha vacibdir. Belə ki, idman sonra ideal qidalanma rutini su, zülal və karbohidrat kompleksindən ibarətdir. Buna görə də sizinlə idman edib, kalorilərinizi atdıqdan sonra uzaq duracağınız qidaların kiçik bir hissəsini bölüşürük.

Enerji barları

Enerji barları son zamanlar ən çox qəbul edilən atışdırmalıq qidalardan olsa da idmandan sonra onları yemək heç də düzgün deyil. İdmandan sonra yeyilə biləcək ən faydalı enerjili qida meyvəli yağsız yoqurt və ya dənli çörəkdən hazırlanmış sendviçdir. Yox əgər idmanınızı idman zalında edirsinizsə və evə gedərkən yolda ən aşağı kalorili və zülallı enerji barından istifadə edə bilərsiniz. Həm də diqqət etməlisiniz ki, tərkibindəki şəkər də az olsun.

Çiy tərəvəz

Çiy tərəvəzlərin faydaları müzakirə olunmaz olsa da enerji itirdiyiniz idmandan sonra əzələləri qorumaq və maddələr mübadiləsini sürətləndirmək üçün onları qəbul etmək olmaz. Onun əvəzinə mütəxəssislər zülal dəyəri çox olan qidalar qəbul etməyi məsləhət görürlər. Misal üçün, qırmızı bibər  və yaxud da kökü qatıqlı sousla qəbul edə bilərsiniz.

Pendir

Yüksək kalorisi və tərkibindəki duza görə pendir olduqca yanlış seçimdir. Hər gün pendir yeyənlərdənsinizsə o zaman az yağlı olanlara üstünlük verin.

Qazlı su və meyvə suları

Qazlı sular təkcə idmandan sonra deyil, istənilən zaman sağlamlıq üçün zərərlidir. Bir qutu qazlı su 10 paket şəkərə bərabərdir. Meyvə suları da qazlı sular qədər təhlükəlidir. Dietoloqlar idman sonra sudan əlavə şəkərsiz buzlu çayların içilməsini tövsiyə edirlər.

Duzlu qidalar

İdmandan sonra duzlu qidaların qəbulu orqanizmin duz və su balansını pozur. Buna görə də daha az duzlu qidaları qəbul etsəniz yaxşı olar. Misal üçün, çipsi sevənlərdənsinizsə az kalorili və duzlu olanlardan yesəniz karlı çıxarsınız.

Ağ unlu qidalar

Çörək orqanizmə daxil olduğu an şəkərə çevrilən qidadır. Təbii ki, bu da, ağ unla hazırlanmış qidalara aiddir. Buna görə də tam taxıllı bitkilərə üstünlük verməlisiniz.

Şəkərli və südlü şokoladlar

Şəkər və südlü şokoladlardan həmişə uzaq durmaq lazımdır. Mütəxəssislər, xüsusilə, südlü şokoladların tərkibində bol miqdarda şəkər olduğunu, buna görə də, antioksidan tərkibli bitter şokoladların yeyilməsini daha uyğun hesab edirlər.

Səhər yeməkləri

Səhər yeməyi üçün olan xüsusi qidaların bəzilərinin tərkibində bol miqdarda şəkər olduğu üçün onları yemək olmaz. Bol şəkəri bir kənara qoysaq, görərik ki, bu cür qidaların tərkibində vitamin və minerallar da azdır.

Yağlı şirniyyatlar

Evdə özünüz hazırladığınız şirniyyatların az yağlı ya da yağsız süddən və qəhvəyi şəkərdən hazırlanmasına diqqət edin. Əgər meyvə əlavə etsəniz şirniyyatınıza, o zaman onu şəkərsiz bişirin. Çünki meyvənin şəkəri yetərlidir.

Bol yağda bişirilmiş yumurta

Yumurtanın orqanizm üçün çox faydalı olduğunu digər yazılarımızda qeyd etmişik. Amma onu bol yağda bişirib, idmandan sonra yesəniz bu, heç də faydalı olmaz. İdmandan sonra mütləq qaynadılmış yumurta yeməlisiniz.

Kartof qızartması

İdmandan sonra yeyilməyəcək qidalardan biri də kartof qızartmasıdır. Amma idmandan sonra kartof yemək istəsəniz onu sobada bişirilmiş halda yeyə bilərsiniz.

Smuzilər

Son zamanlar çox məşhur olan smuziləri də idmandan sonra içmək olmaz. Çünki bol şəkərli meyvələrdən hazırlandığı üçün itirdiyiniz kalorini geri qaytarmaqla, orqanizmə də zərər verir.

Kolbasa, sosis

Kolbasa, sosis sağlamlıq üçün çox ziyanlıdır. Xüsusilə də, ürək-damar sisteminin sağlamlığı üçün bu qidalardan uzaq durmaqda fayda var. Bunların əvəzinə toyuq və hind quşunun ətini yemək daha faydalıdır.

Yağlı pizzalar

Artıq “fit pizzalar” da hazırlandığından o əvvəlki yağlı, duzlu pizzalardan uzaq dursanız yaxşı olar. Çünki “fit pizzalar”ın üzərində müxtlif tərəvəzlər olduğu üçün onlar daha faydalıdır. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir