idman

İdmandan sonra yeyin, çünki…Düzgün arıqlama qaydası!

Baxış sayı: 2. 121

Arıqlamaq üçün pəhrizlə yanaşı müntəzəm şəkildə idman etmək də mütləqdir. “Gencaile.az” Aile.lent,az-a istinadən sağlam arıqlamaq istəyənlər üçün düzgün arıqlama formasını təqdim edir.

İdmandan sonra yemək yemək lazımdır. Çünki yediyiniz qida maddələr mübadiləsinin sürətinə və məşğul olduğunuz idman növünə (qaçma və ya ağırlıq qaldırma) uyğun olaraq dəyişir. İdmandan sonra karbohidratın qəbulu şəkərin ani yüksəlməsi və insulin ifrazına səbəb olur. İnsanların çoxu idmana başlayandan 15-20 dəqiqə sonra yorğunluq, baş gicəllənməsi və tükənmişlik hiss edir. Belələri idmandan əvvəl karbohidrat qəbul etməlidirlər. Bu, idman zamanı dayanıqlığı artırır.

Lakin yenə də ac qarnına edilən idman daha faydalı hesab edilir. Ac olan zaman sempatik sistem yağın yandırılmasını təmin edir və yığılmış şəkər toplusunu parçalayır. Ac olan zaman edilən idman həm yağ, həm də kilo verməyi təmin edir. Tox qarınla edilən idman sadəcə kilo itirməyə kömək olur. Bu isə əzələlərin itirilməsinə gətirib çıxarır. Əgər sizin məqsədiniz yağ yandırmaqdırsa, ac qarınla idman edin.

Aclıq və məşq mürəkkəb prosesdir

* Gənclik hormonu deyilən böyümə hormonları ifraz olunur

* Bədəndə yağ azalır, əzələlər artır

* Beyin və əzələ hüceyrələrinə yeniləyici faktorlar əlavə edilir

* Hüceyrələrin antioksid istehsalı artır

* Beyin funksiyaları güclənir, depressiyaya düşmə halları zəifləyir

* Güc və dayanıqlığı artıran testosteron istehsalı tezləşir

* İnsulin müqaviməti qırılır

Ac olan zaman məşq etmək heç cür mümkün deyilsə, meyvə yeyə bilərsiniz. Məşqdən sonra iki saat heç nə yeməsəniz yağ yanması davam edir. Lakin bu müddətdə nəsə yemək məcburiyyətində qalsanız protein tərkibli qidalar yeyə bilərsiniz.

Ağırlıq qaldırmaqla məşğulsunuzsa, o zaman vəziyyət fərqlidir.

Məşqdən yarım saat sonra asan həll edilən protein qəbulu lazımdır. Bunun üçün ağ pendir, ayran, kefir çox uyğun seçimdir. Hətta məşqdən əvvəl və sonra 20-40 qr.-a qədər bu cür protein qəbulu yağ yandırılması və əzələ yenilənməsini sürətləndirir. Lakin, bununla yanaşı, hər bir fərdin öz orqanizm xüsusiyyətləri olmasını da nəzərə almaq lazımdır.

Hansı aralarda nə qədər su və maye içmək lazımdır?

Bu hər bir fərdin etdiyi idman müddəti, gücü və metobolizminə bağlı olaraq tərləmə miqdarına görə dəyişə bilər. Əgər 1 və ya 1 saat yarım məşq etməyi planlaşdırırsınızsa,  bu proqram sizə uyğundur:

Məşqdən 1 saat yarım-2 saat əvvəl 600 ml (3 stəkan), 15 dəqiqə əvvəl 300 ml (1-2 stəkan), idmanın sonunda tərəziyə çıxsanız və yarım kilo itirdiyinizi görsəniz, yarım saata 600 ml (3 stəkan) maye və mineral su qəbul edə bilərsiniz.

İdman etmək üçün uyğun saat hansıdır?

Metabolizmanın aktiv olduğu səhər saatlarında özünü sakit hiss edən və arıqlamaq istəyənlər üçün uyğun vaxtdır. Bəzi insanlar günortadan sonra daha çox kilo itirəcəklərini düşünərək idman üçün axşam saatlarını seçirlər.

Məşq ürək-damar və digər xəstəliklər riskini azaldır.

Sağlam bir formada arıqlamaq qan təzyiqini normal vəziyyətə salır. Pis xolesterol adlandırılan lipid səviyyəsi azalır. Bədəndə insulin həssaslığı artır və şəkər xəstəliyi, eləcə də buna bağlı damar tutulması riski azalır. Əzələ gücü artır. Bədənin oksigen istifadə qabiliyyəti artdığı üçün günlük fəaliyyətlərdə yorğunluq da azalır.

İmmunitet sistemi güclənir, xərçəng infeksiyaları, revmatizm xəstəliklərinə qarşı müqavimət artır. Böyümə (gənclik), xoşbəxtlik hormonu, ağrıkəsici, iltihabı aradan qaldıran kimyəvi maddələrin qəbulu, beyin və sinir sisteminin fəaliyyəti, cinsi gücü artırır, depressiya, iflic, ürək bulanması, unutqanlıq riskini azaldır. Bədəndə yeni damarlar inkişaf edir, qan dövranı gəncləşir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir