idman

İdmanın orqanizmimizə faydasını hiss etmək istəyiriksə…

Baxış sayı: 1. 611

Sağlam və gənc qalmaq üçün idmanın əvəzedilməz vasitə olduğunu artıq hər kəs bilir. Ancaq idmanın orqanizmimizə faydasını hiss etmək istəyiriksə, bədən tipimizə uyğun idman növü ilə məşğul olmalıyıq. Türkiyəli pilates müəllimi Ayça Kaşıkçı idmanın bədən tiplərinə uyğun seçilməsinin üstünlüklərindən danışıb.

Ayça Kaşıkçı bildirib ki, 4 əsas bədən tipi var. İdman növü seçərkən bu bədən növlərini nəzərə almaq lazımdır.

1. Alma formalı bədən – pilates

Bədəninizin üst tərəfi alt tərəfindən daha geniş və kök görünürsə, ayaqlarınız incədirsə, beliniz çox da hiss olunmursa, deməli, siz alma formalı bədən quruluşuna sahibsiniz. Sizin üçün ən uyğun idman növü pilatesdir.

Çünki siz belinizi incəltməli, bel bölgəsinin yağlanmasının qarşısını almalısınız. Həmçinin, ayaq əzələlərinizi gücləndirməlisiniz. Bütün bunları pilateslə həyata keçirə bilərsiniz. Velosiped sürmək və üzmək də məsləhətdir.

2. Armud formalı bədən – qaçış

Bədəninizin aşağı hissəsi yuxarısından daha kök görünürsə, çiyinləriniz dar, ombalarınızı iridirsə, deməli, siz armud formalı fiquraya sahibsiniz.

Sizə velosiped sürmək məsləhət deyil. Çünki velosiped ayaq əzələlərini gücləndirir. Bu da ayaqların daha iri görünməsinə səbəb olur. Sizin üçün ən uyğun idman növü qaçışdır. Həmçinin, omba və ayaqları incəltmək üçün pilates hərəkətləri də edə bilərsiniz. Bədəninizin yuxarı qismini, yəni çiyinləri inkişaf etdirmək, sinəni böyütmək üçün isə idman alətlərindən istifadə etməlisiniz.

3. Qum saatı bədən forması – yoqa

Ən ideal bədən forması hesab edilir. Bədənin yuxarı və aşağı hissələri bir-birini tarazlayır. Ona görə də belə şəxslər hər cür idman növü ilə məşğul ola bilərlər. Velosiped sürmək, üzmək, qaçmaq, rəqs etmək ideal çəkidə qalmağa kömək edəcək. Ancaq idman etməyi sevməyənlər yoqa ilə məşğul ola bilərlər.

4.Kvadrat bədən forması – kardio məşqləri

Bu bədən formasında bel qıvrımı, demək olar ki, nəzərə çarpmır. Qollar və ayaqlar uzun, nazik olur. Belə bədən formasına sahib olanlar omba və çiyin əzələlərini gücləndirməlidirlər. Kvadrat bədən forması üçün ən uyğun idman növü kardio məşqlərdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir