idman

İdmanın xəyalını qurmaq da idmandır…

Baxış sayı: 1. 431

Alimlər idmanı xəyal etməyin bədəni gücləndirdiyini, əzələləri möhkəmləndirdiyini və əzələ atrofiyasını dayandırdığını müəyyən ediblər.

“Daily.mail”in xəbərinə görə, yeni araşdırmalar idmanı xəyal etməyin az qala idman zalında idman etməklə eyni təsirə malik olduğunu üzə çıxarıb.

Nəticələri “Neurophysiology” jurnalarında dərc olunan araşdırmaya görə, sadəcə idman etdiyini xəyal etmək əzələləri bərkidir, əzələ atrofiyasını gecikdirərək insanı gücləndirir.

Araşdırma zamanı iştirakçıların bir qrupuna 4 həftə boyunca 5 gün ərzində, sadəcə, 11 dəqiqə idman etdiyini xəyal etmək tapşırılıb. Digər qrupa heç nə tapşırılmayıb.

Nəticələr beyinin və bədənin çox sıx bağlı olduğunu bir daha təsdiqləyib. İdmanı xəyal edənlərin etməyənlərdən ikiqat daha güclü olduğu ortaya çıxıb.

Alimlər bunu beyin korteksi və onun əzələ hərəkətlərini idarə etməsi ilə əlaqələndirirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir