beyin

İflic və onun formaları

Baxış sayı: 109

flic — mərkəzi sinir sitemi, baş və onurğa beyninin, periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsidir.

Bir-birindən fərqlənən iflic və parez forması mövcuddur. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, zədələr, sinir sistemində şiş olması və sairdir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır.

İflicin bir neçə tipi məlumdur: monoplegiya (bir qolun, yaxud bir ayağın iflici), hemiplegiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu), tetraplegiya (qolun və ayağın tam hərəkətsizliyi), paraplegiya (hər iki qolun, yaxud hər iki ayaqın iflici). Hərəki neyronun mərkəzi və yaxud periferik şöbələrinin pozulması müxtəlif xassəli ifliclərin baş verməsinə səbəb olur.

Periferik neyronun pozulmasından periferik, süst atrofik iflic baş verir. Bu zaman vətər refleksləri, əzələ tonusu azalır, yaxud tamamilə itir. Əzələlərdə atrofiya müşahidə olunur, elektrik keçirmə qabiliyyəti pozulur. Mərkəzi neyronun pozulması mərkəzi və yaxud spastik xarakterli iflic törədir. Nəticədə ətraflarda vətər reflekslər artır, patoloji və müdafiə refleksləri meydana çıxır, dəri refleksləri itir, müştərək hərəkətlər (siikineziyalar) müşahidə olunur, əzələ tonusu yüksəlir.

Beyin qabıqaltı quruluşun zədələnməsindən ekstrapiramid iflic törənir. Bu zaman avtomatlaşmış hərəkətlər itir, iradi hərəkətlər mümkün olmur. Diaqnoz qoymaq üçün elektromioqrafiya və başqa müayinə üsullarından istifadə edilir.

İflici törədən səbəbləri aradan qaldırmaq, ətrafların funksiyasının bərpası üçün xüsusi müalicə üsullarından (masaj, bədən tarbiyəsi və s.) istifadə etmək lazımdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir