yemek

“İftar menyusu” – 12-ci gün

Baxış sayı: 1. 039

“Gencaile.az” saytının  “İftar menyusu” rubrikasında bu gün oxucularımıza cəmi bir neçə ərzaqla hazırlanan yeməkdən bəhs edəcəyik.

 

Bu yeməyin hazırlanması üçün lazım olan ərzaqlar:

1 ədəd iri kartof

2 ədəd yumurta

Duz

Qara istiot

Pul bibər

Zövqə görə göyərti

Bir az kərə yağı

Əvvəlcə kartof sürtgəcdən keçirilir, göyərti xırda doğranır. Yumurta, duz, istiot, pul bibər əlavə olunduqdan sonra hamısı qarışdırılır. Yağ tavada əridilir, qarışıq tavaya tökülür. Yeməyin bir üzü qızardıqdan sonra, digər üzünə çevrilir və qızardılır.

Beləliklə, iftarda və imsakda da yeyə biləcəyiniz ləzzətli yemək hazırdır.

Nuş olsun!

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir