mercili toyuq

“İftar menyusu” – 29-cu gün

Baxış sayı: 944

Mərcini xoşlayırsınızsa, Ramazan ayının sonuncu günündə “Gencaile.az” saytının “İftar menyusu” rubrikasında sizə təqdim etdiyi bu resept ürəyinizcə olacaq.

 

Tərkibi:

1.5 stəkan yaşıl mərci

Yarım kilo toyuq qanadı

1 ədəd soğan

1 ədəd kök

2 diş sarımsaq

1 xörək qaşığı tomat pastası

1 xörək qaşığı karri

3 stəkan isti su

Yarım stəkan zeytun yağı

Damaq zövqünə görə duz, istiot

 

Hazırlanması:

Yaşıl mərcini yuyub, suyunu süzəndən sonra qazana tökün. Üzərini keçəcək qədər isti su əlavə edin. Qaynadıqdan sonra da suyunu süzün.

Kənarda tavaya zeytun yağı töküb qızdırın, toyuq qanadlarını qızardın. Başqa bir tavada doğranmış soğan və sarımsağı yumşalana kimi qızardın. Kökü əlavə edib 5 dəqiqə yaxşıca qarışdırın. Daha sonra bunun üzərinə üç stəkan isti suyu, tomat pastasını, karrini, yaşıl mərcini və toyuğu da əlavə edib təkrar qarışdırın. Tavanın ağzını örtüb 25-30 dəqiqə bişməsini gözləyin. Toyuq qanadları bişdikdən sonra duz və istiot əlavə edib ocağı söndürün.

 

Hazərladı: Məsudə Sultan

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir