Pendirli kotlet

“İftar menyusu” – 6-cı gün

Baxış sayı: 828

“Gencaile.az” saytının  “İftar menyusu” rubrikasında bu gün oxucularımıza pendirli kotletin reseptini təqdim edirik:

 

İnqrediyentlər:

200 qram pendir

4 ədəd sosiska

2 ədəd yumurta

8 çay qaşığı un

Qarğıdalı yarması və ya 200 qram çipsi

1 xörək qaşığı xama

Pendirli kotlet | Resept.az

Hazırlanma qaydası:

Sosiskanı xırda doğrayın.

Sürtgəcdən keçirilmiş pendirə 1 yumurta, 1 xörək qaşığı xama, 4 xörək qaşığı, 1-2 diş sarımsaq əlavə edin. Yaxşı qarışdırın.

Şirin olmayan qarğıdalı lopalarını əlavə edin.

Kiçik kotletlər düzəldin. Əvvəlcə una, sonra yumurtaya, sonda qarğıdalı yarmasına və ya çipsiyə batırın.

Tavada hər iki tərəfini qızılı rəng alana qədər qızardın.

 

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir