baliq

İftar süfrəsi – 11-ci gün

Baxış sayı: 1. 300

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikası sizi belə isti havada “iftara nə bişirəcəm, qonaqlara yüngül nə servis edə bilərəm” düşüncəsindən azad edir və yay ləzzətlərilə dolu iftar menyusu təqdim edir.

Köklü kartoflu mərci şorbası

İçindəkilər

Mərci – 1.5 st.

Kök – 2 ədəd

Kartof – 1 ədəd

Soğan – 1 ədəd

Kərə yağı – 1 x.q.

Duru yağ – 1 x.q.

Ət suyu – 1 st.

Duz

Hazırlanması

Duru yağ və kərə yağını qazanda əridin. Kökləri və soğanı sürtgəcdən keçirib yağda qovurun, üzərinə mərciləri əlavə edin və bir az da qovurun. Kartofları da sürtgəcdən keçirdin, ən suyu ilə birlikdə qazanda qarışdırın. Qaynayana qədər bişirin. Şorba hazır olduqda onu blenderdən keçirin. Üzərinə nanə əlavə edib servis edin.

Tərəvəzli balıq

İçindəkilər

Kərə yağı – 1 x.q.

Ağ ətli balıq – 4 ədəd

Çörək – 2 dilim

Sürtgəcdən keçirilmiş holland pendiri – 50 qr.

Xardal – 1 x.q.

Kök – 2 ədəd

Kartof – 4 ədəd

Bibər – 1 ədəd

Duz, istiot

Hazırlanması

Balıqları təmizləyib yuyun. Suyunu süzüb üzərlərinə duz, istiot səpin. 5-10 dəqiqə marina edin. Balıqların hər iki tərəflərinə kərə yağı çəkib alimunium kağıza bükün. Orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Çörəyin içini ovub alimunium folyaya səpin, sobada qızardın. Sobadan götürün çörəkləri pendir və xardalla qarışdırın. Balıqları soba qabına düzün, hazır olan çörəkli qarışımı balıqların üzərinə yayın. Yenə orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Kök və kartofları təmizləyin, kök və bibəri uzun, kartofu isə iki yerə bölərək doğrayın. Hamısını duzlu suda 10 dəqiqə bişirin. Balıqları sobdan çıxarıb servis qabına qoyun, tərəvəzlərlə birlikdə servis edin.

Buzlu çiyələkli limonad

İçindəkilər

Limonlu dondurma – 4 ədəd

Doğranmış çiyələk – 1 st.

Soyuq süd – 1 st.

Limon suyu və limon qabığı – yarım limon

Servis üçün

Buzxanada 10 dəqiqə saxlanılmış stəkan

Limon dilimi

Çiyələk – 4 ədəd

Hazırlanması

Limonlu dondurma və bütün ərzaqları blenderdən keçirin. 10 dəqiqə buzxanada saxladıqdan sonra buzxanada saxladığınız stəkanların içinə tökün. Bıçaqlar yarısına qədər kəsdiyini çiyələk və limon dilimlərini stəkanın kənarına qoyaraq servis edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir