baliq

İftar süfrəsi – 12-ci gün

Baxış sayı: 1. 376

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu dəfə  tərxun şorbası və balıq qovurmasının hazırlanma qaydası haqqında bəhs edəcəyik.

Tərxun şorbası

İçindəkilər

Mal əti – 250 qr.

Kartof – 2 ədəd

Kök – 1 ədəd

Baş soğan – 1 ədəd

Kərə yağı – 50 qr.

Tərxun – 2 dəstə

Duz, istiot zövqə görə

Hazırlanması

Mal əti xırda dördkünc doğranır, suda qaynadılıb, kəfi yığılır və bişirilir. Baş soğan, kök xırda doğranır kərə yağında qovrulur, bulyona əlavə edilir. Ət bişəndən sonra şorbaya xırda doğranmış kartof, kartof bişənə yaxın isə xırda doğranmış tərxun əlavə edilir, duz, istiot səpilir, 5 dəqiqə sonra odun üzərindən götürülür.

Balıq qovurması

İçindəkilər

Bölgə balığı – 500 qr.

Qırmızı baş soğan – 3-4 ədəd

Şabalıd – 150 qr.

Kərə yağı – 4 x.q.

Bitki yağı – 3 x.q.

Nar dənələri – 200 qr.

Duz, istiot

Hazırlanması

Balıq təmizlənir, yuyulur, tikələrə bölünür, duzlanıb, istiotlanıb kərə və bitki yağının qarışığında qızardılır, boşqaba yığılır. Şabalıd çərtilir, duzlu suda pörtlədilir, qabıqdan təmizlənir. Şabalıd və qabığı soyulmuş soğan balıq qızardılmış tavada qovrulur, üzərinə nar dənələri, duz və istiot əlavə edilir. Qovrulan ərzaqların üzərinə balıq əlavə edilir, 10 dəqiqə dəmə qoyulur və servis edilir.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir