peynirli pide

İftar süfrəsi – 15-ci gün

Baxış sayı: 1. 506

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu dəfə pendirli pidenin və  köklü və darçınlı keksin hazırlanma qaydasını təqdim edirik.

Pideni təkcə kafe və ya restoranlarda yemək məcburiyyətində deyilsiniz. Çox asanlıqla evdə də bu ləziz yeməyi hazırlayıb dada bilərsiniz. Pidenin bir neçə növü var. Aile.lent.az sizi pendirli pidenin resepti ilə tanış edir.

Ərzaqlar:

– Yarım stəkanı duru yağ

– 3 çörək qaşığı qatıq

– 150 ml ilıq su

– 40 qram duru maya

– 4 stəkan un

– 1 çay qaşığı duz

– 1 çay qaşığı şəkər tozu

– Ağ pendir

– 4 orta boy baş soğan

 

Hazırlanması:

Əvvəlcə pendirli pidenin xəmiri hazırlanır. Dərin bir qaba un, qatıq və duru yağ tökün. İlıq suyun içərisinə mayanı əlavə edin. Maya əridikdən sonra onu da qabın içərisinə tökün. Şəkər tozu və duz da qatıb xəmiri yoğurmağa başlayın. Yaxşıca yoğurduqdan sonra üzərini örtüb mayalanmasını gözləyin.

İçini hazırlayarkən ağ pendir və xırda doğranmış baş soğanı əlinizlə qarışdırın. Xəmir mayalandıqdan sonra 15 bərabər hissəyə bölün. Daha sonra hər bir xəmiri pide şəklində açın.

Sonrakı mərhələdə içərisinə pendirli qarışımı qoyub kənarlarını üstünə bağlayın və bərk yapışdırın. Pide hazır olduqdan sonra 200 dərəcədə sobaya qoyun. Üzərləri qızarana qədər bişirin. Sobadan çıxardıqdan sonra üstündəki xəmir hissələrinə kərə yağı sürtün. Dilimləyərək süfrəyə təqdim edə bilərsiniz.

pide

Sobada bişərkən ətrafa yayılan kök və darçın qoxusu ən iştahasız insanın belə iştahasını artırır. Ləzzətini isə ancaq dadan bilər. Üstəlik kök, yumurta, süd və darçın kimi ləvazimatlar uşaqlar üçün son dərəcə qidalandırıcıdır.

Köklü keksi zeytun və ya kərə yağı ilə hazırlasanız, faydası və ləzzəti daha da artır. Keksi hazırlayarkən çətinlik çəkməyəsiniz deyə quru ərzaqları bir qabın içinə əvvəlcədən qoysanız sizin üçün asan olar. Çünki rəndələmək və ya robotdan keçirmək az vaxtınız olduğu hallarda sizin üçün çətin gələ bilər. Bu keksi hazırlayarkən mikser istifadə etmənizə ehtiyac yoxdur. Sadəcə taxta və ya plastik qaşıqdan da istifadə etmək olar. Sadə keksin xəmirini bir qaba tökdükdən sonra sobaya qoymadan əvvəl 15 dəqiqə ilıq yerdə saxlayın.

 

Quru ərzaqlar:

3 stəkan un

2 stəkan şəkər tozu

1 paket qabartma tozu və 1 çay qaşığı soda

1 paket vanil

 

Duru ərzaqlar:

1 stəkan süd

1 stəkan zeytun yağı və ya 125 qram kərə yağı

2 və ya 3 yumurta

2 xörək qaşığı limon suyu

 

İçlik üçün:

4 ədəd rəndələnmiş kök

Arzu edilsə, 1 stəkan çəkilmiş qoz və ya fındıq

 

Üzəri üçün:

Bol darçın

keks

Hazırlanması:

Əvvəl köklərin qabıqlarını təmizləyib rəndələyin, ya da blendrdan keçirin.

Yumurtaları çırpın, süd, zeytun yağı, limon suyu əlavə etdikdən sonra yenə qarışdırın.  Quru ərzaqları az-az əlavə edərək, unu da töküb yaxşıca qarışdırın.

Keks xəmiri 200 dərəcə temperaturda üzəri qabarana kimi bişirilir. Xəmir qabaranda temperaturu 170 dərəcəyə endirin. Çöpü keksə batırdığınız zaman təmiz çıxarsa, demək bişib.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir