sorba

İftar süfrəsi – 17-ci gün

Baxış sayı: 1. 409

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında sizə növbəti iftar menyusunu Türkiyə mətbəxindən təqdim edirik. Qeyd edək ki, bu reseptlər həm dadlı, həm asan, həm də ki, doyumludur.

Ezogəlin şorbası

İçindəkilər

Kərə yağı – 2 x.q.

Orta boy baş soğan – 1 ədəd

Sarımsaq – 2 diş

Qırmızı mərci – 1 st.

Bulqur – ¼ st.

Düyü – ¼ st

Duz, qara istiot

Su – 7 st.

Sousu üçün

Bitki yağı – 2 x.q.

Un – 1 x.q.

Tomat – 1 x.q.

Nanə – 1 çimdik

Qırmızı toz bibər – 1 çimdik

Pul bibər – 1 çimdik

Su və ya ət suyu – 2 st.

Hazırlanması

Bir qazanda doğranmış soğan və sarımsaqları kərə yağında qızarana qədər qovurun. Sonra təmizlənmiş və yuyulmuş mərcini, düyün, bulquru əlavə edin, bir az qarışdırın. Bu prosesdən sonra 7 stəkan suyu da əlavə edin qoyun qaynasın. Başqa qazanda sousu hazırlayın. Bunun üçün bitki yağında əvvəlcə unu, daha sonra nanəni də əlavə edin qovurun. Üzərinə ədviyyatları əlavə edib bir az qovurduqdan sonra 2 stəkan suyu əlavə edin qoyun qaynasın. Hazır olduqdan sonra digər qazana sousu əlavə edin. Bir az qaynadıqdan sonra götürün. Servis edərkən istəsəniz yağda qovurduğunuz istiot ya da nanə əlavə edə bilərsiniz.

Makaron salatı

İçindəkilər

Makaron – 1 boşqab

Xiyar – 2 ədəd

Göyərti – soğan, nanə, keşniş, şüyüd (yarım dəstə)

Duz

İstiot

Zeytun yağı – 1 x.q.

Su – 3 st.

Qatıq – 500 qr.

Hazırlanması

Əvvəlcə suyu qaynadın. Sonra makaronları əlavə edin. Duz və yağı da tökün ki, makaronlar bişərkən yapışmasın. Bişdikdən sonra suyunu süzün və üzərinə 2 dəqiqə soyuq su gəzdirin. Qoyun soyusun. Xiyarları yuyub qabıqlarını soyun və kub şəklində doğrayın. Salat qabına əlavə edin. Göyərtiləri də doğrayıb xiyarların üzərinə əlavə edin. Soyumuş makaronları da qatdıqdan sonra duz, istiot səpin, qatığı əlavə edin yaxşıca qarışdırın.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir