yemek

İftar süfrəsi -18-ci gün

Baxış sayı: 1. 430

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu dəfə göbələkli, badamlı şorbanın, qarışıq tərəvəz qızartmasının və reyhan şərbətinin hazırlanma qaydasını təqdim edirik.

Göbələkli, badamlı şorba

İçindəkilər

Doğranmış göbələk – 1 st.

Süd – 2 st.

Su – 2 st.

Toz halına salınmış badam – 1 st.

Kərə yağı – 1 x.q.

Bitki yağı – 1 x.q.

Yumurta sarısı – 1 ədəd

1 limonun suyu

Un – 3 x.q.

Hazırlanması

Qazanda unla yağ qovrulur. Badam tozu da üzərinə əlavə edilir. 1-2 dəfə qarışdırdıqdan sonra göbələk, su və süd də əlavə edilir, yaxşı qarışdırılıb qaynadılır. Ayrı bir kasada yumurta ilə limon suyu qarışdırılır, aramla qazana əlavə edilir. Bir az qaynadıldıqdan sonra oddan götürülür. İsti şəkildə servis edilir.

Qarışıq tərəvəz qızartması

İçindəkilər

Kök – 2 ədəd

Kabak – 2 ədəd

Badımcan – 2 ədəd

Bibər – 4 ədəd

Kartof – 2 ədəd

Pomidor sousu üçün

Zeytun yağı – 3-4 x.q.

Pomidor – 3-4 əsəs

Sarımsaq – 2 diş

Şəkər – 1 x.q.

Sirkə – 1 ç.q.

Duz, istiot

Üzəri üçün

Sarımsaqlı qatıq

Qızartmaq üçün

Bitki yağı

Hazırlanması

Kök, kartof, kabak və badımcan yumru dilim şəklində doğranılır. Kök, kartof və bibərləri 20 dəqiqə qızardın. Badımcan və kabakları una batırıb qızardın. Bir qaba pomidor, xırda doğranmış sarımsaq, zeytun yağı, şəkər, sirkə, duz və istiotu bir qabda sous şəklinə gələnə qədər bişirin. Bir kasada qatıq və əzilmiş sarımsaqları qarışdırın. Qızardılan tərəvəzləri servis qabına qoyun. Üzərinə əvvəlcə sarımsaqlı qatığı, sonra isə pomidor sousunu əlavə edərək servis edin.

Reyhan şərbəti

İçindəkilər

Reyhan – 1 dəstə

Şəkər – 1 st.

Limon duzu – ½ ç.q.

Mixək – 6 ədəd

Çubuq darçın – 2 ədəd

Qaynar su – 5 st.

Hazırlanması

Reyhanı təmizləyib yaxşıca yuyun, qoyun kənarda suyu süzülsün. Bir qazanda mixək, darçın, limon duzu, şəkər və qaynar su şəkər əriyənə qədər qarışdırılır. Sonra isə rehyanları da bu qazana əlavə edib ağzını örtün ki, dəmlənsin. Soyuduqdan sonra şərbət qabına əlavə edin və qoyun soyuducuda soyusun. Buz ilə servis edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir