yemek

İftar süfrəsi – 21-ci gün

Baxış sayı: 1. 473

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün sizə kök şorbasının, qiyməli paxla plovun və çiyələkli kokteylin hazırlanma qaydasını təqdim edirik.

Kök şorbası

İçindəkilər

Kök – 500 qr.

Baş soğan – 1 ədəd

Zeytun yağı – 4 x.q.

Su və ya toyuq bulyonu – 1 lt.

Yarım limon suyu

Holland pendiri – 50 qr.

Qurudulmuş çörək – 50 qr.

Keşniş – ¼ hissə

Duz, istiot – zövqə görə

Hazırlanması

Soğan, qabığı soyulmuş kök xırda doğranıb zeytun yağında qovrulur. Qovrulan ərzaqlara su, limon suyu, keşniş, duz və istiot əlavə olunur, kök yumşaqlaşana qədər bişirilir. Şorba odun üstündən götürülüb blenderdən keçirilir. Hazır şorbanın üzərinə rəndələnmiş holland pendiri və qurudulmuş çörək əlavə olunur.

Qiyməli paxla plov

İçindəkilər

Düyü – 500 qr.

Dana əti – 500 qr.

Paxla – 400 qr.

Soğan – 1 ədəd

Kartof – 400 qr.

Yaşıl noxud – 400 qr.

Kərə yağı – 200 qr.

Keşniş – 1 dəstə

Şüyüd – 1 dəstə

Duz, istiot

Hazırlanması

Ət soğanla birlikdə ən maşınından keçirilir, duz, istiotlanıb yağda qovrulur. Paxla təmizlənir, xırda doğranılır və duzlu suda pörtlədilir. Kartof kub şəklində doğranılır, duz vurulurb yağda qızardılır. Göyərti xırda doğranılır. Düyü qaynadılımış duzlu suda bişirilir. Süzülür. Şüşə qabın dibi yağlanır, küncüt səpilir və üzərinə düyü yığılır. Sonra isə ardıcıllıqla paxla, düyü, qovrulmuş qiymə, düyü, kartof, göyərti, düyü, yaşıl noxud, düyü, qovrulmuş qiymə düzülür. Sonda isə plovun üzərinə əridilmiş kərə yağı gəzdirilib əvvəldən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirilir. Bişdikdən sonra plov şüşə qabdan servis edəcəyiniz qabın üzərinə çevrilir, üstü küncütlə bəzədilir.

Çiyələkli kokteyl

İçindəkilər

Çiyələk – 3 ədəd

Şaftalı şirəsi – 20 ml

Alma şirəsi – 60 ml

Buz – 1st.

Hazırlanması

Stəkana şaftalı, alma şirəsi tökülür, xırda doğranmış çiyələk, buz əlavə edilib qarışdırılır. Çiyələk və nanə yarpağı ilə bəzəyib servis edə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir