pomidor sorbasi

İftar süfrəsi – 29-cu gün

Baxış sayı: 1. 420

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasınında bu gün oxucularımıza kəklikotulu pomidor şorbasının və kartof pirojnasının hazırlanma qaydasını təqdim edirik.

Azərbaycandakı qurudulmuş kəklikotunun ləzzəti daha güclü olar bilər, odur ki, miqdarını istəyinizə görə azalda bilərsiniz. Yox, əgər heç kəklikotu istəmirsinizsə, onda şorbanı onsuz da bişirmək olar.

Bu şorbaya mozzarella pendiri və evdə hazırlanmış kruton (kub şəklində doğranmış və sobada qurudulmuş çörək)

 

KƏKLİKOTULU POMİDOR ŞORBASI

4-6 porsiya üçün nəzərdə tutulub

2 xörək qaşığı kərə yağı və ya bitki yağı

5 xörək qaşığı un

2 xörək qaşığı tomat

4 ədər orta boy tam yetişmiş pomidor

5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)

1 xörək qaşığı qurudulmuş kəklikotu

1/2 stəkan süd

zövqə görə duz

zövqə görə istiot

pomidor sorbasi

Üstü üçün:

sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)

kruton (resepti aşağıdadır)

Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin.

Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə  bişirin. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin. Toyuq suyunu və kəklikotunu əlavə edin. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.

Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün. Duz və istiot vurun. 2 dəqiqə də  bişirdikdən sonra, kənara çəkin.

Şorbanı isti-isti qablara çəkin. Üstünə mozzarella pendiri və cruton qoyub süfrəyə verin.

 

KRUTON (Crouton)

Bir neçə dilim ağ çörəyin qabığını soyun. Kiçik kublara doğrayın. Kubların üstünə azacıq zeytun yağı və ya əridilmiş kərə yağı gəzdirin və bir az duz səpin. Formaya yığın. 170C dərəcəlik sobada təxminən 10 dəqiqə qızarana kimi bişirin.

kartof pirojnasi

Kartof pirojnası

Ərzaqlar:

1 litrlik banka buğda çörəyinin suxarısı (xırdalanmış)
230 q – qənd
250 q süd
150 q kərə yağı
1 x.q. kakao
10 ədəd qoz
Hazırlanması:

Südə qənd atıb qaynara düşənə qədər qarışdırın. Qənd tamamilə əriməlidir. Sonra südü azca soyudun. Kərə yağı, kakao, suxarı, xırdalanmış qoz əlavə edib yaxşıca qarışdırın. Hazır qarışığı 20-30 dəqiqəliyə soyuducuya qoyun. Soyuduqdan sonra kartofa bənzəyən pirojnalar düzəldib kakao tozuna batırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir