yemek

İftar süfrəsi – 3-cü gün

Baxış sayı: 1. 306

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün sizin üçün iftara üç ləzzət seçmişik. Yay sərinliyini, təravətini əks etdirən pomidor şorbası, ədviyyatlarla dadlandırılmış kağızda toyuq və xəfif dada malik, tez hazırlanan mozaika kek bu axşam iftar süfrənizi bəzəyə bilər.

Pomidor şorbası

İçindəkilər

Soyulmuş və sürtgəcdən orta ölçülü pomidor – 5 ədəd

Un – 2 x.q.

Duru yağ – 2 x.q.

Tomat – 1 x.q.

Qaynar su – 5 stəkan

Duz

Hazırlanması

Unu qazanda isidilmiş duru yağda 1-2 dəqiqə qovurun, tomatı da əlavə edin. Bu qarışımı 2-3 dəqiqə orta odda qovurun. Sonra sürtgəcdən keçirilmiş pomidorları da əlavə edin. Blenderdən keçirib suyu da əlavə edin. Bişənə qədər qaynadın. Duzu da əlavə etdikdən sonra üzərinə sürtgəcdən keçirilmiş holland pendiri əlavə edib servis edin.

Kağızda toyuq

İçindəkilər

Toyuq budu – 1 ədəd

Kərə yağı – 1 x.q.

Darçın çubuğu – 1 ədəd

Sarımsaq – 2 diş

Limon dilimi – 1 ədəd

Duz, qara istiot

Hazırlanması

Kərə yağı, duz və qara istiordan hazırladığınız qarışımı yuyulmuş toyuq budunun üzərinə çəkin. Daha sonra toyuğu yağlı bişirmə kağızının üzərinə qoyun, darçın çubuğu, sarımsaq və limon dilimini də əlavə edin. Toyuq buduna kağızla paket düzəldin, soba qabına qoyun. Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 35 dəqiqə bişirin.

 

Mozaika kek

İçindəkilər

Ülkər Eti peçenye – 300 qr.

Süd – 1 stəkan

Kakao – 3 x.q.

Şəkər – 5 x.q.

Marqarin – 3 x.q.

Qoz ya da fındıq – 1 stəkan

Hazırlanması

Əvvəlcə peçenyeləri qırın, amma diqqət edin ki, ovulmasın. Yağı bir tavada əridin. Əriyən yağı, südü, şəkəri və digər ərzaqları peçenyelərin üzərinə əlavə edin. Sonra yaxşıca qarışdırın. Daha sonra hazır qarışımı streç paket arasına boşaldın, rulet şəkli verin. Servis etmədən əvvəl soyuducuda 2-3 saat saxlayın.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir