as

İftar süfrəsi – 4-cü gün

Baxış sayı: 1. 282

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu dəfə sizə 3 fərqli dada malik menyu təqdim edirik.

Un şorbası

İçindəkilər

Pomidor – 5 ədəd

Yağ – 3 x.q.

Un – 1.5 qəhvə stəkanı

Su – 8 stəkan

Süd – 1 stəkan

Yumurta sarısı – 3 ədəd

Duz

Hazırlanması

Pomidorlar yuyulur, qabıqları soyulur, yağsız halda püre şəklinə gələnə qədər bişirilir. Un yağda çəhrayılaşana qədər bişirilir. Sonra az-az suyu və püre halında olan pomidorları əlavə edib, duz də töküb bişiririk. Yumurtanın sarısını südlə yaxşısa qarışdırıb şorbaya az-az əlavə edin. Hamsını qarışdırdıqdan sonra bir az qaynadıb sobadan götürün.

Yaşıl noxudlu plov

İçindəkilər

Düyü – 2.5 stəkan

Qaynadılmış yaşıl noxud – 1.5 stəkan

Duru yağ – yarım çay qaşığı

Kərə yağı – 1.5 x.q.

Duz

Hazırlanması

Düyünü təmizləyib yuyun. Konserv yaşıl noxud istifadə edəcəksinizsə onu isti suda yuyub, suyunu yaxşıca süzün. Qazana sulu yağ əlavə edin, qovurun və üzərinə düyünü tökün. Sonra kərə yağı qoyub qapağını bağlayın qaynasın. Qaynadığı zaman noxudları, duzu əlavə edin. Suyu çəkilənə qədər bişirin. Bişdikdən sonra üzərinə kağız dəsmal qoyun üzərinə və qapağını bağlayın.

Ballı qülle

İçindəkilər

Bananlı pudinq – 1 paket

Kakaolu pudinq – 1 paket

Süd – 6 stəkan

Bal – 1 stəkan

Sürtgəcdən keçirilmiş limon qabığı – 1 ədəd

Limon suyu – 2 x.q.

Hazırlanması

Bananlı pudinqi 3 stəkan süddə bişirin. Pudinqləri 6 dənə şüşə qaba əlavə edin və ilıqlaşdırın. Kakaolu pudinqi də eyni qayda ilə bişirin sonra bananlı pudinqlərin üzərinə əlavə edin. Qoyun soyuducuda bişsin. Balın içinə limon qabığı və limon suyunu əlavə edib, sobada 5 saniyə saxlayın və götürün. Pudinqləri sonra boşqablara tərs çevirib üzərinə də ballı sousu əlavə edib servis edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir