yemek

İftar süfrəsi – 5-ci gün

Baxış sayı: 1. 452

Bu gün iftara daha dadlı və faydalı nə bişirəcəm deyə çox düşünməyin. Çünki “İftar süfrəsi” rubrikasında şorbadan şirniyyata qədər hazırlaya biləcəyiniz daha bir iftar menyusunu sizin üçün seçdik.

Südlü göbələk şorbası

İçindəkilər

Təzə göbələk – 250 qr.

Un – 4 x.q.

Süd – 1 stəkan

Duz

Hazırlanması

Göbələkləri yaxşıca təmizləyib, yuyun. Sonra xırda-xırda doğrayın. Un və su blenderdən keçirilib qazana əlavə edilir. Daha sonra da göbələklər əlavə olunur. Duz töküb 20 dəqiqə bişirilir. Ən sonda süd əlavə edilir, 5 dəqiqə də bişirilir, sobadan götürülür.

Ətli və tərəvəzli yemək

İçindəkilər

Ət – 1 kq (quşbaşı doğranış şəklindən böyük)

Zeytun yağı – 3 x.q.

Göbələk – 2 paket

Acı bibər – 5 ədəd

Pomidor – 3 ədəd

Sürtgəcdən keçirilmiş holland pendiri – 2 stəkan

Dənə istiot, duz

Hazırlanması

Əti yaxşı yuyub, zeytun yağı ilə bir az qovurub, bıraxdığı suyu çəkənə qədər bişirin. Sonra az istilikdə bişirməyə davam edin. Bibər, pomidor və göbələkləri əlavə edərkən hər birini 5 dəqiqə bişirin, daha sonra digərini əlavə edin. 10 dəqiqə qazanın ağzı bağlı şəkildə bişirin. Duz və istiotu da əlavə edin. Servis edəcəyiniz soba qabına əlavə edin, servis etməmişdən 30 dəqiqə əvvələ qədər 200 dərəcəli sobada 10 dəqiqə bişirin. Daha sonra pendiri də əlavə edib əriyənə qədər bişirin və isti-isti servis edin.

Çiyələkli spungle

İçindəkilər

Çiyələk – 500 qr.

Vanil – 1 paket

Kakao – 3 x.q.

Süd – 1 litr

Yumurta – 3 ədəd

Un – 3 x.q.

Şəkər – 1.5 stəkan

Hazırlanması

Süd və yumurtaları orta ölçülü bir qazanda yaxşıca qarışdırın. Un, şəkər, vanil və kakaonu da sıra ilə əlavə edin, orta dərəcəli qaz sobasında tündləşənə və qatılaşana qədər bişirin. Çiyələkləri dilimləyin və supangleləri tökəcəyiniz kasalara yerləşdirin. Həmin çiyələklərin üzərinə supangleni də əlavə edin. Çiyələk dilimləri ilə bəzəyib servis edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir