biber ve toyuqlu plov

“İftar süfrəsi” – YENİ RUBRİKA

Baxış sayı: 797

Ramazan ayının başlaması ilə əlaqədar olaraq bugündən etibarən “Gencaile.az” saytı yeni rubrikaya start verir. “İftar süfrəsi” adlandırdığımız bu rubrikada sizin üçün hər gün iftar menyusu təqdim edəcəyik. İlk günün menyusu ilə iftara hazırlaşa və bir-birindən dadlı yeməklərlə özünüzü mükafatlandıra bilərsiniz.

Şorba ilə şənliyə başlayan mədəniz isti günlərinin əvəzolunmazı olan xəfif şirniyyatla doyacaq.

Şorba

İçindəkilər

Düyü – 1 kasa

Yumurta – 1 ədəd

Qatıq – 5 x.q.

Nanə

Qara istiot

Pul bibər

Toyuq suyu

Hazırlanması

Düyünü təmizləyib yuyun və toyuq suyunda qaynadın. Ayrı qabda qarışdırdığınız qatıq, yumurta və ədviyyatları da toyuq suyuna əlavə edin. Qarışdıraraq 5-6 dəqiqə qaynadın. Bu müddətdə qarışdırmağa davam edin.

Bibər və toyuqlu plov

İçindəkilər

Toyuq budu – 6 ədəd

Zeytun yağı – 4 x.q.

Su – 1 stəkan

Pomidor püresi – 3 x.q.

Dolmalıq qırmızı bibər – 2 ədəd

Dolmalıq yaşıl bibər – 2 ədəd

İstiot – 1 ç.q.

Duz – 1 ç.q.

Hazırlanması

Ətləri iri-iri doğrayın, qaynadın. Bibərlərin tumlarını təmizləyin, yuyun və zeytun yağında bir neçə dəqiqə qızardın. Pomidor püresi və ədviyyatları da əlavə edin. Bu qarışıma toyuq ətlərini və bir az da toyuq suyu əlavə etdikdən sonra ağzını kip bağlayın bişirin. Plov da bişməyə yaxın zəfəran əlavə edin. Sonda isə plovun üzərinə bibərli toyuğu əlavə edib servis edin.

Sarımsaq və kəklikotulu kartof salatı

İçindəkilər

Kartof – 500 qr.

Sarımsaq – 1 diş

Zeytun yağı – 3 x.q.

Cəfəri – ¼ dəstə

Kəklikotu

Duz

Qara istiot

Hazırlanması

Kartofları qaynadın. İsitdiyiniz zeytun yağına sürtgəcdən keçirtdiyiniz sarımsaqları əlavə edib qovurun. Cəfəri və kəklikotunu da əlavə edin. Sonda isə qara istioti əlavə etdikdən sonra kub şəklində doğradığınız kartofların üzərinə bu içliyi əlavə edin, qarışdırın və servis edin.

Qaysılı kublar deserti

İçindəkilər

Süd – 2.5 stəkan

Un – 2 x.q.

Vanil – 1 paket

Şəkər – 4 x.q.

Nişasta – 1 x.q.

Qaysı suyu – 1 stəkan

Üzəri üçün

Nanə yarpağı

Qaysı

Hazırlanması

Bir qazanda süd, un, vanil və şəkəri sürətli qarışdıraraq bişirin. Qatı hala gələndə kub formalı qablara ya da kasalara əlavə edin. Sonra soyuması üçün gözləyin. Qaysı suyu ilə nişastanı qarışdıraraq qaynadın. Soyuduqdan sonra bu qarışımı qablardakı qarışımlara əlavə edin. Donana qədər buzxanada saxlayın. Qaysı və nanə yarpaqları ilə bəzəyib servis edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir