65c1bf34821707dfc69ddaceecbc5f66

II Dünya müharibəsi zamanı qadınların yaratdığı tendensiya – paraşütdən hazırlanan gəlinliklərin MARAQLI TARİXİ

Baxış sayı: 614

Paraşüt parçasından hazırlanan gəlinliklər müharibə zamanı dəhşətli halların yaşandığının əyani sübutudur.

Gəlinlik geyinmək mədəniyyəti evlilik mərasimlərinin ayrılmaz hissəsi hesab olunur. Bu səbəbdən qadınların geyindiyi gəlinliyə xüsusi önəm verilir. İstər əl işi, istərsə də bahalı dizayner gəlinliyi olsun, hər qadının gəlinlik arzusu var.

Bəziləri xəyallarının gəlinliyini tapıb geyinmək istəyir, bəziləri isə gəlinlik üçün möhtəşəm planlar qurur. Bu gün məhdudiyyətsiz rəng, parça və model variantları olsa da, gəlinlik paltarına ayrıca yanaşan anlamlara görə bu seçim olduqca stresslidir. Tarixin bəzi dövrlərində isə qadınlar gəlinlik seçmək lüksünə malik deyildilər. Xüsusilə İkinci Dünya müharibəsi illərində evlənən qadınlar çox yaradıcı həll yolları tapmalı idilər. Paraşüt parçasından gəlinlik hazırlamaq 1940 -cı illərin moda meyllərindən idi.

paraşüt

Detallara birlikdə baxaq:

İkinci Dünya müharibəsi zamanı cəbhədən sağ qayıtmaq ən böyük uğur sayılırdı.

1939-1945-ci illərdə davam edən İkinci Dünya müharibəsi bəşər tarixinin ən ölümcül və ən dağıdıcı müharibəsi idi. Yalnız 6 il ərzində bu müharibədə 20 milyon hərbçi və 40 milyon sivil olmaqla cəmi 60 milyon insan həyatını itirib. Ölkələr müharibəni qazanmaq üçün bütün iqtisadi, sənaye və elmi imkanlarını səfərbər ediblər. Bu səbəbdən dünya böyük iqtisadi böhran ilə üzləşib. Hər saatda fərqli bir ölkənin şəhərinə bombalar düşürdü. Belə bir şəraitdə hərbçilərin evlərinə qayıtması bütün maddi faktlardan daha qiymətli idi.

paraşüt gelinlik

Sevgililəri müharibədən qayıtdıqdan sonra qadınlar həm bayramı qeyd etmək, həm də müharibənin dağıntılarına diqqət çəkmək üçün çox yaradıcı bir tendensiya yaratdılar.

Nişanlılarının döyüşə apardıqları paraşütlərdən gəlinlik tikmək dövrün ən populyar təcrübələrindən biri idi. Həmin dövrdə dünyada həm də parça çatışmazlığı var idi. Bütün bunların fonunda 1940-cı illərdə bənzərsiz bir gəlinlik trendi yarandı. Bu dövrdə qəzetlər paraşüt ipəkdən hazırlanan gəlinlik xəbərləri ilə dolu idi. Müharibə zamanı istifadə edilən paraşütlər krem rəngli və saf ipəkdən idi. Bu səbəbdən də paraşüt parçası gəlinlik üçün möhtəşəm bir material hesab olunurdu.

paraşüt gelinlik

Gəlinlik tikmək üçün daha incə neylon materialdan hazırlanmış paraşütlərdən də istifadə olunurdu. Cəbhədən qayıdan əsgərlərin demək olar ki, hamısı öz paraşütlərini xatirə olaraq evlərinə gətirdilər. Heç vaxt istifadə edilməyən paraşütlər gəlinlik üçün uyğun idi. Ancaq dənizdə uzun müddət duzlu suya məruz qalan paraşütlər fərqli məqsədlər üçün istifadə olunurdu. Bu paraşüt parçalarından korset, yaxalıq və ya alt paltarları tikildi.

Paraşütlə gəlinliklərin bəziləri “Milli Amerika Tarixi Muzeyi”ndə sərgilənir.

Paraşütdən gəlinlik tikmək həm o dövrün gərgin vəziyyətini göstərir, həm də insanların bacarıq və çalışqanlıq simvolu hesab olunur. Bu gəlinlikləri təkcə ABŞ -da deyil, Avropa ölkələrində və Avstraliyada da görmək mümkündür.

Turan Oruc
Musavat.com




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir