ecnebi toy

İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib – RƏSMİ

Baxış sayı: 1. 435

2018-ci ilin yanvar-fevral ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər, qeydiyyat şöbələri tərəfindən ölkədə 8,1 nikaha daxilolma halları qeydə alınıb.
Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirir ki, onlardan 176-sı Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 163-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır:

“Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşlarıdır”.

R.Süleymanovun sözlərinə görə, əcnəbilərlə və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşlarının boşanması barədə Komitə tərəfindən müşahidə aparılmır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir