komputer-telefon

İki yaşadək uşaqlar telefon və televizora az baxmalıdır – HƏKİM RƏYİ

Baxış sayı: 879

“İki yaşadək uşaqların planşet, telefon və televizorlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki onlardan düzgün olmayan şəkildə istifadə edilməsi uşaqlarda kompüter görmə sindromuna səbəb olur”.

Bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva deyir.

Mütəxəssis bildirir ki, Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s.) aşkarlanır.

Y.Abdıyeva qeyd edir ki, refraks patologiyasına uşaqlar arasında daha çox rast gəlinir:

“Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir. Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar”.

Mərkəz rəsmisi vurğulayır ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Əgər 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, bu rəqəm 80 milyon olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir