23

İldə 250 qızla sevişən, insanla pişiyi cütləşdirən, lüt uzanıb min oyundan çıxan TANINMIŞLAR – FOTOLAR

Baxış sayı: 2. 156

Oxuduğumuz bir çox klassiklərin özünə məxsus qəribəlikləri olub. “Gencaile.az” Publika.az-a istinadən məhz sevdiyiniz yazarların məlum olmayan, bir az da insanlığa yad gələn xüsusiyyətlərini təqdim edir. Bəlkə, onları dahi edən məhz bu xüsusiyyətləridir?

Fridrix Şiller

Alman şairi və filosofu Şilleri çürük almalar ruhlandırırdı. Adətən, Şillerin yazı masasında çürük almalarla dolu yeşik durardı. Əgər İoqanna Hötenin boşboğazlığı olmasaydı, biz bu haqda heç nə bilməyəcəkdik. Bundan da başqa, onun iş otağının hər tərəfində qırmızı pərdələr asılıbmış, məktub yazan zaman isə ayaqlarını soyuq suya qoyarmış.

Höte

Heç Hötenin özü də Şillerdən geri qalmırdı. Məlumdur ki, o, soyuqdan qorxduğu üçün ancaq təmiz hava girməyən qapalı məkanlarda işləyə bilirdi. Bu, əbəs yerə deyildi. Çünki Höte məhz soyuqdəymədən dünyasını dəyişib. Son sözləri isə bu olub: “Xahiş edirəm, pəncərəni örtün”.

Bəzi məlumatlara görə, Hötenin hürən itlərdən, sarımsaq iyindən və eynəkli insanlardan zəhləsi gedirdi.

Onore de Balzak

Fransız yazarın qəribəliklərindən demək olar ki, hər kəsin xəbəri var. Balzak həyatını qəhvəsiz təsəvvür edə bilmirdi. Yazıçı gün ərzində 50 fincan südsüz və qəndsiz qəhvə içirdi. “İnsanlıq komediyası”nı yazarkən o, düz 15 min fincan tünd qəhvə içib. O, bu içki sayəsində 48 saat dayanmadan yaza bilirdi. Bir müddət sonra qəhvədən bezən yazıçı onun dənəciklərini çeynəməyə başlayıb. Məhz qəhvəyə olan zəifliyi onu ölümə apardı. Bəzi mənbələrdə onun qəhvədən zəhərlənərək öldüyü deyilir.

Balzakın daha bir maraqlı xüsusiyyəti yazı yazarkən ayaqyalın buz kimi döşəmənin üzərində dayanması idi.

Lev Tolstoy

Lev Tolstoy yer şumlamağı, ot biçməyi və odun doğramağı sevərdi. Ancaq bunun səbəbi əkinçilik həyatını sevdiyi üçün deyildi. Deyilənə görə, fiziki cəhətdən yorulmayan yazıçı axşama doğru çox əsəbi olurdu və gecələr yata bilmirdi. Həvəslə gördüyü kənd işləri nəticəsində o, ömrünün son gününə kimi gümrah qala bilmişdi. Tolstoy hədiyyəlik çəkmə tikməyi sevərdi. Düzəltdiyi hədiyyəni gördüyü hər kəsə verirdi. Onun kürəkəni xatirələrində qayınatasının verdiyi hədiyyənin “Hərb və Sülh” əsəri ilə bir rəfə qoyduğunu yazır.

Çarlz Dikkens

İngilis yazarı başdan ayağa qəribəliklərlə dolu idi. Dikkensin çoxlu qarabasmaları olurdu. O, əsərlərin qəhrəmanları ilə “ünsiyyət” qururdu. Bezəndə isə bu qəhrəmanlar barədə əsərlərində bir daha yazmayacağı ilə onları hədələyirdi. Bundan başqa, yazıçı vaxtının çoxunu meyitxanalarda keçirirdi.

Mark Tven

Mark Tven gün ərzində 40 dənə papiros çəkirdi. Onun kabinetində tüstüdən içəridə dayanmaq mümkün olmurdu. “Haklberri Finin macəraları”ndakı “siqareti atmaqdan asan yaxşı heç nə yoxdur. Mən özüm bunu dəfələrlə yoxlamışam”, cümləsi yazıçının özündən xəbər verir.

Bu xüsusiyyət Mark Tvenin digər qəribəliklərinin kölgəsində qalır. Pişikləri sevən Mark Tven belə deyirdi: “Əgər insanla pişiyi cütləşdirmək olsaydı, insanlıq qazanardı, amma pişiklər üçün bu, heç də yaxşı olmazdı”. Onun evində həmişə onlarla pişiklər yaşayıb. Yazıçının yaxınlarının dediyinə görə, o, hirslənəndə heyvan kimi fınxırırdı.

Aleksandr Puşkin

Digərlərinin fonunda “rus poeziyasının günəşi” olan şairin qəribəlikləri çox günahsız görünür. Puşkin limonadı sevirdi. Məhz gecələr işləyəndə o, qəhvə yox, limonad içərdi. Bu içki onu hər şeydən çox gümrah saxlayardı.

Daha bir maraqlı fakt: Puşkinin dostu Aleksandr Veltmanın yazdığına görə, Bessarabski sürgünündə olan zaman yazıçı yataqda lüt uzanaraq divara atəş açırmış. Nə etmək olar, şair depressiyada idi.

Gid de Mopassan

Fransız yazıçı Eyfel qülləsinə nifrət edirdi. O, düşünürdü ki, Eyfel Parisin görünüşünü korlayır. Buna baxmayaraq, o, Eyfeldə nahar edirdi. Bunun izahını isə belə verirdi: “Bura Eyfel qülləsinin görünmədiyi yeganə yerdir”.

Əsərlərinin bir çoxu “Məni dəlilər cəlb edir…” cümləsi ilə başlayan yazarın bu qəribəliyi əslində insana o qədər də qeyri-adi gəlmir.

Corc Qordon Bayron

İngilis romantik şairinin qadınlara olan həvəsindən hələ o vaxtlar da danışırdılar. Deyilənə görə, o, il ərzində 250 qadın ilə eşq yaşayıb. Ən qəribəsi isə o idi ki, onun qadınların intim yerlərinin tüklərindən topladığı kolleksiyası varmış. Amma bu xəbər hələ də öz təsdiqini tapmayıb. Eyni zamanda Bayronun duz qablarını görən gözü yox idi.

Nikolay Qoqol

Yazıçının elə bir psixoloji problemi olmasa da, ətrafındakı insanları ürküdən bəzi xüsusiyyətləri olub. Qoqolun yeməyə qarşı böyük acgözlüyü var idi. Vəhşicəsinə yemək yeməyi sevən yazar, başını boşqaba o qədər əyirdi ki, saçlarına qədər yemək olurdu. O, ciblərini həmişə şirniyyatlarla doldurardı. Ağzında həmişə nəsə çeynəyərdi. Bundan başqa, onun mətbəxə olan həvəsi hamını təəccübləndirirdi. Romada bir müddət yaşayan yazıçı yemək işini də peşəkarcasına öyrənmişdi. Amma taleyin acı təsadüfü: Qoqol pəhriz zamanı aclıqdan vəfat edir.

“Ölü ruhların” müəllifi həm də ildırımdan qorxurdu, insanları sevməzdi, özü öz paltarını tikməyi sevərdi. Yazıçı diri-diri basdırılmaqdan da qorxardı. Qoqolun yuxuyla bağlı problemi var idi. Ona görə o, oturaraq yuxuya gedərdi. Nikolay Qoqol ancaq bədəni çürüyəndən sonra basdırılmağı vəsiyyət etmişdi.

Rus ədəbiyyatının klassiki heç vaxt qadına maraq göstərməyib. Heç həyatında kişi də olmayıb. Buna baxmayaraq o, söhbət zamanı ədəbsiz lətifələr danışardı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir