NOMRE

İlk avtomobil nömrəsi kimin olub?

Baxış sayı: 1. 807

Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülüb. İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cu ildə buxarla işləyən ilk avtomobil icad edib. Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət edib. Bu, texnika aləmində böyük sensasiya olmaqla bütün dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəldir. O vaxtdan avtomobillər dünyanın aparıcı qüvvələrinin diqqət mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilir. Bəs görəsən avtomobilə ilk nömrə qeyd edən kimdir?

NOMRELER

Dünyada avtomobilə ilk nömrə qeyd edən almaniyalı kommersant Rudolf Hersog idi. Onun avtomobilində İA1 nömrə nişanı qeyd olunmuşdu. İA onun həyat yoldaşının adı və soyadının baş hərfləri idi – İohanna Anker. 1 rəqəmi ilə də Rudolf Hersoq onu demək istəyirmiş ki, xanımı onun həyatında ilk və təkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir