sevgi

İlk görüşdə kişiləri əsəbiləşdirən davranışlar – QADINLARIN MENYUSUNA

Baxış sayı: 1. 620

İlk görüşü məhv etmək istəmirsinizsə, kişilərin narahat olduqları davranışlar siyahısına nəzər yetirin…

 

Susmayan qadınlar

Kişilərin qorxulu yuxularından biri dayanmadan özləri, maraq dairələri, işləri, xəyalları haqqında danışan qadınlardır. Belə dialoq quran qadınlar yalnız kobud və düşüncəsiz deyil, eyni zamanda, onlara darıxdırıcı görünür. Kişilərə sizin son aldığınız əl çantası maraqlı deyil.

Related image

Çox şəxsi suallar soruşmaq

İlk görüşdə kişilərə əlverişsiz suallar vermək etik cəhətdən düzgün deyil. Bəzi qadınlar daha ilk görüşdə “Nə vaxt evlənməyi düşünürsən?” ya da “İndiyə qədər neçə qadınla birlikdə olmusan?” kimi suallar verirlər. Yaxud toy xəyallarından və neçə uşaq istəməsindən danışmaq, kişini qadından soyudur. Bu, kişilər tərəfindən böyük ədəbsizlik kimi qəbul olunur. Belə suallar kişini utandıra bilər. Onu sorğuya çəkməyin və maraq dairəsinə dair ümumi suallar verin.

Image result for ilk görüşde özel sorular sormak

Uğursuz sevgilər

Keçmişdə yaşanan müvəffəqiyyətsiz sevgiləriniz heç zaman doğru mövzu deyil. Xüsusilə ilk görüş üçün uğurlu mövzu sayılmır. İlk görüşü məhv etmək istəmirsinizsə, ən azı bir-birinizi yaxşı tanıyana qədər bu barədə susun.

ayriliq1

Bir-birinizə uyğun gəlirsinizmi?

Onun üçün çox yaxşı olduğunuzu ağlınızdan keçirsəniz belə, əsla dilə gətirməyin. Gələcək həyat yoldaşına ondan daha üstün cəhətlər və imkanlara sahib olduğunu söyləmək çox kobud bir davranışdır.

Image result for İlk buluşmada telefon

Telefondan asılı qalmaq

Gələn bir neçə vacib zəngə cavab vermək problem deyil. Amma telefondan asılı qalmaq ədəbsizlikdir. İlk görüşdə gözün telefonda qalması nəzakətli davranış deyil.

Image result for İlk buluşmada telefon

Ümidsiz görünmək

Ümidsiz və həyatdan bezən qadınlar kişiləri qorxudur. Kişilər hər zaman həyat eşqi ilə dolu, enerjili qadınlar axtarırlar.

Image result for İlk buluşmada telefon

Sünilik

İlk görüşdən kişinin qəlbinə yol tapa bilmədinizsə, sonradan cəhd etməyin. Çünki uğursuz olacaq. İlk görüşdə kişilərin xoşuna gəlmək üçün təbii olmaq əsas şərtdir. Əgər özünüzü cazibədar hesab etmirsinizsə, kişini buna necə inandıra bilərsiniz ki?! Özünüzü maska arxasında saxladığınız zaman yalnız onu deyil, özünüzü də aldadırsınız. Onsuz da qarşınızdakı kişi doğru olanı görəcək və sizin səmimi olmamağınızdan və özünə inamın əskikliyindən narahatlıq duyaraq qaçacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir