RUHIYYE RUSTEMOVA

İlkin konsultasiya zamanı düzgün yanaşma – “QƏBUL OTAĞI”

Baxış sayı: 807

Klinik müşahidənin əsas cəhətlərindən biri müşhaidə üsuludur. Müşahidə xəstə ilə söhbət zamanı xəstənin şöbədə olduğu zaman aparılmalı və ya məlumatları başqalarından da almaq mümkündür. Söhbət əsnasında həkimi xəstənin mimikası, suallara reaksiyası, emosional halı, davranışı və s. cəlb edə bilər. Amma xəstənin hər bir hərəkətində patologiya axtarmaq da düzgün deyil. Bu zaman xasiyyətlə, yaşla, intelektual-mədəni inkişafla əlaqədar bəzi xoşagəlməz halları düzgün qiymətləndirmək lazımdır.

Uşaqlar və yeniyetmələrlə ünsiyyətin özünəməxsus xüsusiyyətləri vardır. Yaşından asılı olaraq uşaqlara və yeniyetmələrə klinik müşahidə zamanı müxtəlif taktiki gedişlərdən istifadə edilir. Söhbət zamanı bir sıra amillərə diqqət edilməlidir.

  • Uşaqları aldadaraq, səbəbini izah etmədən, onların razılığını almadan psixoloqa aparılması düzgün deyil, çünki bəzən uşaqlar həkimin yanında qalmaqdan və ya iynənin vurulmasından qorxurlar;
  • Əksər hallarda uşaqlardan məlumat almaq çətinlik törədir;
  • Bəzi hallarda uşaqlar sualların mənasını düzgün başa düşmür, analiz edə bilmədikləri üçün ünsiyyət yaratmağa can atmırlar;
  • Müsahibə öncəsi uşaqlar onlara olan diqqətdən həyacan keçirirlər

rr

Bəs uşaqlarla klinik müşahidə öncəsi necə doğru ünsiyyət yaratmaq olar?

İlk olaraq uşaqla tanış olmaq, onun maraq dairəsini öyrənmək, ona dostluq qayğısı göstərmək lazımdır. Mütəxəssisin gözləri uşağın gözləri ilə bərabər olmalı, bunun üçün ya alçaq oturacaqda ya da yerdə oturmaq məsləhətdir. Müsahibə otağında lazımsız əşyalar olmamalı, oyuncaqların miqdarı məhdud olmamalı və oyuncaqlar müsahibə məqsədinə uyğun seçilməlidirlər. Müsahibə zamanı uşağın davranışını idarə etmək valideynlə ünsiyyəti düzgün qiymətləndirmək lazımdır. Otaq tam sükut şəraitində olmalı deyil və uşaqlı ünsiyyət zamanı səs monoton olmamalıdır. Bəzən mütəxəssislər ilkin iş təcrübəsində uşaqlarla ünsiyyətdə çoxlu səhvə yol verirlər. Bu səhvlər hansılardır? Uşaqlara çox gəlsin deyə “çətin” mövzulardan qaçmaq; öz sualları ilə uşaqları istədikləri, lakin düzgün olmayan cavablar yönəltmək və ya uşağın başını yelləməsinə, digər reaksiyalarına əsaslanıb yanlış nəticələrə gələ bilmək. Kiçik yaşlı uşaqlarla söhbət zamanı qorxu, şübhə yaranmasın deyə onlarla sərbəst, dostcasına rəftar etmək lazımdır. Yaxşı olardı ki, söhbət uşağın yaşından və cinsiyyətindən asılı olaraq, ciddi seçilmiş oyuncaqlar; maşınlar, gəlinciklər, kubiklər, rəngli qələmlər olan otaqda aparılsın. 6 yaşdan böyük uşaqlara ilkin növbədə müəllim deyil, onların probleminin həllinə yardım edən mütəxəssis olmanızı izah etməlisiniz. Uşaqlara canlı emosiya nümayiş etdirmək, emosional mövzuları tədricən genişləndirmək lazımdır. Münasib formada uşağın öz yaşıdları ilə dava-dalaş edibmi, bu nə dərəcədə ciddi olub və valideynlər ilə qarşılıqılı qorxuları, köməksizlik hissi ilə əlaqədar olan sualları vermək lazımdır.

Yeniyetmələrlə klinik müsahibə apararkən yaş dövrünün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq lazımdır. Məsələn, buraya gənclik maksimalizmi, öz hüququ barədə imtiyazlar tələb etməsi, hələ tam formalaşmayan dünya görüşü, ətrafında olan adamlarla konfrontasiya aiddir. Yeniyetmələr müsahibə zamanı mütəxəssisin simasında özlərinə həmfikir, onların istəyini başa düşən, onlara problemlərinin həllində kömək edə bilən şəxsi görməyə kömək etməlidirlər. Valideynlərin verə biləcəkləri məlumatlar yeniyetməni narahat edə bildiyi üçün mütəxəssis neytral konstruktivliyi qorumalı, pasiyentin tərəfində olduğunu ona göstərməli və ona kömək etməyə hazır olduğunu göstərməlidir.

Uşaqlarla və yeniyetmələrə işləyən mütəxəssisin bu yaşda maraqların üstünlük təşkil etməsini bilməsi vacibdir. Uşaq və yeniyetmənin hansı oyunlara, musiqi seçimlərinə, hansı kinofilm qəhrəmanlarının pərəstişkarı olmalarını bu və ya başqa kimi maraqlara göstərdikləri maraq dairələri barədə məlumatları olmalıdır. Uşaqlarla və yeniyetmələrə ünsiyyətdə xeyirxahlıq, səmimilik, və hazırcavablıq çox vacib keyfiyyətlər hesab olunur.

 

Ruhiyyə Rüstəmova

Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir