xestelik

İmmunitet sistemi zəifləyəndə nə baş verir?

Baxış sayı: 1. 771

İmmunitet sistemi sözün əsl mənasında orqanizmin qalxanıdır. Düzgün qidalanmadıqda, yuxu rejimi pozulduqda, həddən artıq stressə məruz qaldıqda immunitet sistemi zəifləyə bilir. Bu zaman qrip və soyuqdəymə ilə yanaşı təhlükəli xəstəliklərə yaxalanmaq ehtimalı da artır. İmmunitet sisteminizin zəiflədiyini müəyyən əlamətlərdən anlaya bilərsiniz.
“Gencaile.az” bu əlamətləri təqdim edir:

xestelik

Tez-tez xəstələnmək
Xəstə biri ilə təmasdan dərhal sonra xəstələnirsinizsə, deməli immunitet sisteminiz çox zəifdir.

Stress
İmmunitet sistemi zəiflədikcə insan özünü daha da stressli hiss edir. Yorğunluq, halsızlıq sizin mikroblara qarşı müdafiəsiz olduğunuzu göstərir.

Şirniyyat
Ürəyiniz tez-tez şirniyyat istəyir? Bu da immunitet sisteminin zəiflədiyini göstərən əlamətlərdən biridir.

Köklük
Araşdırmalar göstərib ki, kök insanların immunitet sistemi daha zəif olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir