579098

İmmuniteti möhkəmlədən ən yaxşı məhsullar – ABŞ ALİMLƏRİ AÇIQLADI

Baxış sayı: 1. 316

Amerika alimləri bu qənaətə gəliblər ki, insanın immuniteti bağırsaq mikroflorasından asılıdır. Onlar orqanizmin qoruyucu qüvvələrini möhkəmlədən ən yaxşı məhsulların adlarını açıqlayıblar.

ABŞ mütəxəssislərinin fikrincə, insan lifli qida nə qədər çox yesə, onun bağırsaq hüceyrələri bir o qədər sürətlə işləyir. Lifli qida həzm olunanda əmələ gələn maddə orqanizmin qoruyucu funksiyasını yaxşılaşdırmaqda hüceyrələrə kömək edir. Alimlər bir sıra tədqiqatlar apararaq aydınlaşdırıblar ki, orqanizmin xəstəlik törədən patogenlərdən müdafiəsi çox vaxt rezident bakteriyaların fəallığından asılıdır. İnsan sellülozla zəngin yemək yeyəndə kolonsitlər elə işləməyə başlayır ki, rezidentlərin məhv olmasının qarşısı tamamilə alınır.

Alimlər bildirirlər ki, düzgün qidalanma yeyilən məhsulların keyfiyyətindən birbaşa asılıdır. Düzgün qidanın tərkibində yağlı, unlu və nişastalı məhsullar mümkün qədər az olmalı, daha çox zülal, vitaminlər, sellüloz və mikroelementlər olmalıdır. Diyetoloqlar isə bildirirlər ki, immuniteti möhkəmlətmək üçün müxtəlif sıyıqlara, tərəvəz və təmizlənməmiş taxıl məhsullarına, xüsusən, yerkökünə, habelə sitrus bitkilərinə üstünlük verilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir