VITAMIN

İmmunitetiniz nə qədər güclüdür?

Baxış sayı: 545

Əllərdəki cızıqlar və mikroçatlar immunitetin ümumi vəziyyətinə mənfi təsir göstərir. Bu barədə tibb elmləri doktoru, professor, dermatoloq-kosmetoloq Svetlana Jaboyeva məlumat verib.

Dermatoloq “Sputnik” radiosuna müsahibəsində bildirib ki, havanın soyuması və aşağı rütubəti fonunda dəri baryerinin pozulması baş verir ki, bunun nəticəsində quruluq, qabıqlanma başlaya, mikroçatlar və mikrotravmalar görünə bilər.

Mütəxəssis xəbərdarlıq edib ki, buna yüngül yanaşmaq olmaz:

“İnsanın əllərində mikrotravmalar olduqda onlar hər hansı bir infeksiyanın – həm bakterial, həm də virusun giriş qapısına çevrilə bilər. Kifayət qədər qayğı göstərməsəniz, mikroçatlar, cızıqlar ciddi dermatitə, xüsusən də ekzemanın kəskinləşməsinə səbəb ola bilər”.

Həkim bu vəziyyətin qarşısını almaq üçün keramid tərkibli nəmləndiricilərdən istifadə etməyi məsləhət görür. Bundan başqa, həkim hesab edir ki, immunitetin nə qədər güclü olduğunu dərinin vəziyyətinə baxaraq müəyyənləşdirmək mümkündür:

“Yavaş sağalma immun sisteminin zəiflədiyini göstərə bilər. Əgər insanın yaraları yavaş-yavaş sağalırsa, bu, orqanizmdə pozğunluqların, o cümlədən regenerasiya pozğunluğunun, D vitamini çatışmazlığının göstəricisidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir