İmplant dis

İmplant dişlərə necə qulluq etməli? – STOMATOLOQ YAZIR

Baxış sayı: 1. 354

“Gencaile.az” həkim stomatoloq Şəkər Nüsrətovanın implantlara qulluq qaydaları ilə bağlı yazısını təqdim edir.

İmplant orqanizm üçün uyğun materialdan hazırlanır və diş olmadıqda onun yerinə qoyulur. Bu implantın bizə uzun müddət xidmət etməsi üçün bizim də ona düzgün qulluq etməyimiz üçün vacibdir.

 

1)  Əgər implant qoydurmusunuzsa 6 aydan bir stomatoloq qəbuluna gəlməlisiniz. Müayinədən keçib implant və ətraf dişlərə baxılmalıdır,

2)  Ətraf dişlərdə çürüklər varsa onlar kiçik ölçülü olduğu zaman müalicə olunmalıdır. Əks halda dərinləşmiş çürük diş kökünün iltihabına səbəb olur və bu iltihab implant ətrafına yayılır.

3) Diş daşları və diş ərpi hər 6 aydan bir təmizlənməlidir.

4) Diş ətləri müayinə olunmalıdır. Əgər hər hansı diş nahiyəsində diş əti qızarmışsa və qanayırsa mütləq diş əti müalicə olunmalıdır. Əks təqdirdə implant ətrafı diş ətləri iltihablaşar və implantlar düşər.

5) İldə bir dəfə vektor və ya plazmaliftinq ilə diş əti müalicəsi həm implant, həm də qonşu dişlərin sağlamlığının uzunmüddətli olmasını təmin edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir