imza

İmza çəkərkən diqqətli olun – SƏBƏB

Baxış sayı: 1. 623

İmza hərflərin səliqəsiz düzülüşündən ibarət qaralama bir yazı olsa da haqqımızda çox şey ifadə edir. İnkişafdan asılı olaraq imzanın dəyişməsi tamamilə normal haldır.

İmzalar adlardan, soyadlardan və ya inisiallardan (baş hərflərdən) ibarət olur. Ad şəxsi həyatı, soyad isə ictimai həyatı təmsil edir.

İmzada addan istifadə olunması ictimai həyatın o qədər də əhəmiyyətli olmadığını göstərir.

İmzada soyaddan istifadə etmək ictimai həyata əhəmiyyət verməyin göstəricisidir.

Soyad ilə ad arasında qoyulan məsafənin geniş olması şəxsi həyatla ictimai həyatın nə qədər ayrı olduğunu ifadə edir.

Soyadda inisiallardan (ancaq adınızın və ya soyadınızın baş hərfini və ya ikisinin də baş hərfini) istifadə etmək həyata bağlı məxfiliyi sevməyə işarədir.

İmza oxunaqlı şəkildədirsə, bu düşüncələrin aydın və açıq olduğunu ifadə edir.

Qarışıq imzalar isə  konfliktlərdən qaçmağın göstəricisdir.

İmzalar yuxarı doğru qalxan, horizontal və aşağı doğru enən şəkildə olur.

Yuxarı doğru istiqamətlənən imza həyatda üzləşilən problemlərin öhdəsindən gələ bilməyə işarədir. Optimistlik əlamətidir.

Aşağı doğru enən imza özgüvən əksikliyini ifadə edir və depressiyaya meylli olmağın göstərcisidir.

Horizontal formada olan imza realistliyin göstəricisidir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir