LEKE

İnadcıl ləkələri necə təmizləməli? – SADƏ VARİANTLAR

Baxış sayı: 943

Nə qədər diqqətli olursanız olun, kreslolarınızı qida ləkələrinə qarşı qoruya bilməyəcəksiz. Hər an çay, meyvə şirəsi, qəhvə ya da meyvə ləkəsi düşə bilər.  Belə bir vəziyyətlə qarşılaşdığınızda narahat olmayın. Hər cür parçadan inadcıl ləkələri təmizləməyin çox asan yolu var. “Gencaile.az” saytı  evdar qadınların həyatını qurtaracaq bəzi məsləhətləri təqdim edir.

 

Pambıq və kətan parçalar

Bir yemək qaşığı ağ sirkəni üçdə iki nisbətində spirtlə qarışdırın. Bu qarışığı püskürtmə şüşəsinə töküb ləkənin üzərinə püskürdün. Bütün mayeni canına çəkənə qədər gözləyin və təmiz bir bezlə qurulayın.

 

Dəri parçalar


Ləkəyə qabartma tozu, qarğıdalı nişastası və ya qarğıdalı unu səpin və 15 dəqiqə gözləyin. Daha sonra silin.

Mikrofiber parçalar

Mikrofiber kresloların təmizlənməsi digərlərinə görə bir az daha çətindir. İstifadə edəcəyiniz üsul mikrofiberin növündən asılıdır. Əgər etiketdə ‘W’ hərfi varsa, maye tərkibli təmizləyicidən istifadə etməlisiz. Bu halda ləkələri pambıq parçalarda tətbiq olunan üsulla çıxara bilərsiniz. Əgər etiketdə ‘S’ hərfi varsa, su əsaslı qarışıqdan istifadə etməyin. Bunun yerinə ləkəni spirtlə təmizləyin. Ləkələri çıxartmaq üçün köhnə diş fırçasından istifadə etmək işinizi yüngülləşdirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir