film

İngiliscə altyazılı film və serial izləmək üçün ən yaxşı 7 sayt

Baxış sayı: 1. 474

Hazırki dövrdə insanlar ingiliscə söz balansının təqribən 1/3-ni öz sevdiyi film və seriallardan öyrənməyə üstünlük verirlər. Həmçinin biz də ingiliscə serial və film izləməyin bu dili öyrənməyin effektiv yollarından olduğunu düşünürük. Filmləri xarici dildə orijinal olaraq və ya altyazı ilə izləməyin aşağıdakı xeyirli tərəfləri var:

  • Söz və bu sözün mənası arasındakı assosiasiyanı güclü şəkildə əlaqələndirə bilirsiniz;
  • Sözün hansı kontekstdə istifadə ediləcəyini anlayırsınız;
  • Tələffüzü daha tez öyrənirsiniz (əgər tələffüzü fərqli aktyorlar tərəfindən eşidirsinizsə, bu zaman həm də fərqli ləhcə və ya şivələri ayırd edə bilmək qabiliyyətinə də sahib olursunuz)

Bu məsələnin vacibliyini nəzərə alaraq ingilis dilində altyazılı və altyazısız film və serial izləyə biləcəyiniz aşağıdakı 7 maraqlı veb-saytı sizin üçün seçdik.

Qeyd: Bu veb-saytlar heç bir şəkildə reklam məqsədilə sizə təqdim edilmir. Məqsədimiz sadəcə sizin rahatlığınızı təmin etməkdir.

 

hdgo.to

Saytda yeni filmlər və seriallar da daxil olmaqla bir çox maraqlı ekran işini həm altyazılı, həm də altyazısız şəkildə ingilis dilində izləyə bilərsiniz. İnterfeys baxımından uğurlu saytlardan biridir.

ororo.tv

Əksəriyyətini ingiliscə altyazılı şəkildə izləyə biləcəyiniz dünyanın ən reytinqli televiziya şouları vahid bir platformada təqdim olunur.

filmold.com

Bu saytda çox yeni filmlər tapa bilməsəniz də, demək olar ki, bütün filmlərin altyazılı olduğu sayt axtarırsınızsa, bu seçim doğru olardı.

dizilab.net

Bir çox reytinqli serialları ingiliscə altyazı ilə də təqdim edən bu türk saytı da uğurlu platformalardan biridir.

watchdocumentaries.com

Bəzi insanlar üçün sənədli film izləmək daha maraqlı əyləncədir. Məhz bu insanlar üçün bu sayt maraqlı olacaq. Saytda altyazılı olmasa da, bir çox orijinal sənədli filmlər mövcuddur. Hətta əvvəlcə yuxarıdakı altyazılı filmləri izləyib, daha sonra sadəcə ingiliscə izləmək üçün bu veb sayta müraciət edə bilərsiniz.

 

moviego.net

Daha bir yeni filmlər və seriallarla dolu və bir çoxu da altyazılı olan sayt. Bu sayta da mütləq baş çəkin.

 

 

english-films.com

Bu saytda nəinki filmləri və serialları, hətta ingiliscə audiokitab, musiqi və uşaqlar üçün ingilis dili kimi bir çox kontenti də tapa bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir