film

İngiliscə öyrənmək üçün ən uyğun 5 serial

Baxış sayı: 1. 509

Artıq bir neçə yazımızda ingiliscə öyrənmək üçün əlverişli olan müxtəlif üsullardan yazmışıq. Bunların arasında ən çox diqqət görən isə, filmlər vasitəsiylə dilin öyrənilməsi olub. Bu yazımızda da sizə, ingiliscə öyrənməyə yeni başlayanlar üçün ən uyğun olan 5 serialı toplamışıq. Bir-birindən maraqlı olan bu seriallar, həm sizə maraqlı vaxt keçirmək, həm də dil öyrənmək imkanı bəxş edəcək. Başladıq!

Extr@

Extr@

Bu sizin baxmalı olduğunuz ilk sitkom-seriallardan biridir. Extr@ – Britaniya istehsalı olan maarifləndirici və öyrədici əyləncəli sitkom serialıdır. Ümumilikdə 4 hissəsi buraxılıb: ingilis, fransız, ispan və alman. Youtube vasitəsiylə də bu sitkoma baxa bilərsiniz. Sujet olduqca sadə və maraqlıdır, cümlələri və sözləri asanlıqla başa düşəcəksiniz.

Peppa Pig

Peppa Pig

Bəli, bəli, heç də gülmək lazım deyil. İngilis dilində uşaq cizgi serialına baxmaq sizə olduqca yararlı gələcək. Kiçik 5 dəqiqəlik hissələrdən ibarət olan bu cizgi serialı balaca donuz Peppa haqqında danışır. Sizə mülayim və maraqlı əhval-ruhiyyə bəxş edəcək bu cizgi filmini subtitrlərlə izləmək üçün bu kanala keçə bilərsiniz.

alf

Əfsanəvi “ALF”

Uşaqlığımızdan xatirə olan Melmak planetindən gəlmiş ALF’ı xatırlayırsınız? Onunla bir yerdə ingilis dilini öyrənmək daha əyləncəli olacaq. Maraqlı və gülməli dialoqlar sizə məişətdə istifadə olunan dilə daha yaxın edəcək.

misfits

Misfits

Başa düşülməsi asan və maraqlı serial. Bu serial vasitəsiylə əsl ingilis tələffüzünü eşidə biləcək, britaniyalılara xas olan bir çox xüsusiyyətdən xəbərdar ola biləcəksiniz. Maraqlı və həyəcanlı mövzusu var. Seriyalardan birinə bu linkdən baxa bilərsiniz.

Glee

Glee

Musiqinin dil öyrənmədə nə qədər effektiv olduğunu hər kəs bilir. Bu serialda da bir çox dialoqlar musiqili olduğu üçün, başa düşmək olduqca asandır, digər tərəfdən də əyləncəlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir