intihar

İnsan özünə nəyə görə qəsd edər? – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 732

Son zamanlar cəmiyyətimizdə tez-tez rast gəlinən hallardan biri də suisid, yəni insanların özlərinə qəsd etməsidir. İnsanlar öz həyatlarına müxtəlif cür son qoyurlar.

Suisid – bir qayda olaraq ümidsizlikdən yaranan etiraz əlaməti kimi, şəxsi mənafenin qorunması naminə fikirlərin dolaşması nəticəsində baş verir. Əsas amil isə yoxsulluq, işsizlik, itirmə qorxusu, ailə münasibətlərindəki anlaşılmazlıqlar və münaqişələrdir. Bu səbəblər insanda psixi problemlərə, depressiyaya səbəb ola bilər.

Vefa Residova

Bir çox hallarda intiharın səbəbləri tam məlum olmur. Daha çox cinsiyyət, şiddətə meyllilik, spirtli içki, narkomaniya, taksikomaniya və narkotik vasitələrdən asılılıq, yüksək həyəcan və ya hər hansı bir xəstəlik keçirən insanlar özlərinə qəsd etməyə cəhd edirlər. Əsasən xərçəng xəstəliyi keçirən insanlar intihara meylli olurlar. İnsan hər hansı bir problemlə rastlaşarsa, onu həll edə bilməyəcəyini düşünür və çox təəssüf ki, çıxış yolunu özünə qəsd etməkdə görür. Lakin düşünmürlər ki, hər bir problemin həll yolu var. Sadəcə olaraq bunu düşünüb tapmaq lazımdır. Heç vaxt özünə qəsd bir çıxış yolu kimi düşünülməməlidir. İntihara meylli insan bir növ özünə diqqət çəkmək məqsədi daşıyır. Yeniyetmələrdə əsasən ailədə, yaxud öz yaşıdları ilə münasibətlərdə problemlər olarsa, və qarşılıqsız sevgi yaşayırsa, bu, intihar üçün zəmin yarada bilir.

Əziz valideynlər, əgər övladlarınızda bu halları müşahidə edirsinizsə, bir tərəfli qərar verməyə tələsməyin. Mütləq şəkildə psixoloqa müraciət edərək, birlikdə bunu aradan qaldırmaq mümkündür.

 

“Narınc” Uşaq Psixologiya Mərkəzinin psixoloqu Vəfa Rəşidova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir