İnsana xas 15 qəribə özəllik

Baxış sayı: 1. 499

Hər insanın sahib olduğu 15 qəribə özəllik aşkarlanıb. Həmin siyahını təqdim edirik:

Dil izi. Hər insan barmaq izi kimi bənzərsiz dil izinə sahibdir.

“Qabıqqoyma”. Bir insan 70 yaşına qədər hər il 680 qram olmaqla, cəmi 48 kiloqram dəri tökür.

Sümük sayı. Yetkin insanın sümüklərinin sayı körpəninkindən daha az olur. Doğulanda 350 sümüyümüz olur, ancaq inkişaf etdikcə, sümüklər əriyib bir-birinə qarışdığı üçün 206 sümüyümüz qalır.

Yeni mədə. Mədə mukozasının xarici təbəqəsi 3-4 gündən bir yenilənir. Əgər yenilənməsə, yeməyi həzm etmək üçün lazım olan güclü turşular mədəyə də zərər verər.

Qoxu xatırlamaq. Burnumuz itlərinki kimi həssas deyil, ancaq 50 min fərqli qoxu xatırlaya bilər.

Bağırsaqlar. Nazik bağırsağın uzunluğu yetkin insanın boyunun təxminən 4 qatı uzunluğundadır.

Bakteriya. İnsan bədənində dərinin hər santimetr sahəsində təxminən 32 milyon bakteriya var. Bunların böyük qismi zərərsizdir.

Bədən qoxusunun qaynağı. Qoltuqaltı kimi iylənən ayaqların da səbəbi tərdir. Ayaqlarda 500 min tər vəzi var və gündə yarım litr tər axıdır.

Tüpürcək miqdarı. Bir insan ömür boyunca 25 min litr tüpürcək ifraz edir. Bu miqdar 2 hovuzun dolmasına bəs edər.

Saç rəngi və sayı. Sarışınlar daha çox saça sahibdir. Qara saçlı insanlarda təxminən 110 min, qəhvəyi rənglilərdə 100 min, qızılı saçlılarda 86 min saç teli var. Sarışınlarda isə saç telinin sayı 146 mindir.

Baş ağırlığı. Körpələr doğulanda başlarını sabit saxlaya bilmirlər. Doğulanda baş bədənin ümumi uzunluğunun dörddə biri qədər olur. Yetkinləşdikdə bu, ümumi uzunluğun 8-də birinə çatır.

Yuxu ehtiyacı. Həftələrlə bir şey yeməsəniz, ölməzsiniz, ancaq 11 gündən sonra yuxusuzluğa dözməyərək əbədi yata bilərsiniz. (lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir