HEYVAN

İnsanın gözündən qan gətirən ən təhlükəli və qorxunc canlılar… – FOTOLAR

Baxış sayı: 1. 652

Yer üzərində bir çox heyvanlar var ki, insanlar onların ətindən istifadə edərək qidalanırlar. Lakin elə heyvanlar da var ki, onları yemək bir yana, o heyvana toxunmaq belə, insan həyatına son qoya bilər.

Bir çox insanın rastlaşmaq istəməyəcəyi təhlükəli heyvanlar haqqında maraqlı məlumatları təqdim edir:

 

Sarı əqrəb

Rənginin sarı olmasına görə sarı əqrəb adlandırlır. Bəzi yerlərdə çöl əqrəbi kim də tanınır. Əsasən quraqlıq yerlərdə rast gəlinən bu əqrəb dünyanın ən zəhərli əqrəblərindəndir. Ölümcül təsiri olan sarı əqrəb zəhəri bəzi hallarda insanı iflic vəziyyətə də sala bilir.

Sarı akrep

Qatil arı

Görünüş olaraq bal arılarına bənzəyən bu növ arılar saniyələr içərisində insanı öldürməyə qadirdir. Əsasən Afrikada rast gəlinən bu növ arılara “qatil arı adı” verilib. Bu arılar digər arılardan fərqli olaraq iynələrini 8 dəfə istifadə edə bilirlər.

Qaya balıq

Tropik bölgələrdə şirin sularda yaşayan bu balıq zəhərini dərisindəki pulcuqlarda daşıyır. Dənizin dibində, daşların arasında görünmədən gizlənə bildiyi üçün qaya balıq adlandırılır.

Taş balığı

Zəhərli ox qurbağası

Bu qurbağalar görünüşü ilə insanları valeh etsələr də, bir toxunuş ilə insanı iflic edə bilirlər. Bu qurbağa növü siyahıda sadaladığımız zəhərli heyvanlardan 250 qat ölümcül gücə malikdir. Zəhərini dərisinin üzərində daşıdığı üçün bir toxunuşda insanı ifilc edə və ya öldürə bilər. Bu qurbağanın zəhərinin 2 mikroqramı 10 insanı, 20 min siçanı öldürə bilir.

Zehirli ok kurbağası

Boomslang ilanı

Bu ilan növü Hollandiya mənşəlidir. Mənası da ağac ilanı deməkdir. Zəhəri olduqca güclüdür. Bu ilanın dişlədiyi canlının gözlərindən qan gəlir.

Boomslang yılanı

Şar balığı

Əsl adı Fugu olan olan bu balıq şar balığı kimi də tanınır. Bu balıq bu günə kimi bir çox təcrübəsiz balıqçının həyatına son qoyub. Bu balığın əti olduqca zəhərlidir, yeyildikdə insanı öldürür.

Sese  milçəyi

Bu milçək növü 3-4 gün yaşamasına baxmayaraq, insanı yuxu xəstəliyinə yoluxdurmağa malikdir. Sese milçəkləri Afrikada, əsasən də Saxara səhrasının cənubunda yaşayır.

Mavi halqalı dəniz ulduzu

Normal ölçülərdəki dəniz ulduzundan kiçik olan bu heyvanlar qolf topu boyda olur. Mavi halqalı dəniz ulduzları eyni anda 26 insanı öldürə biləcək zəhərə malikdir.

Qutu Meduza

Bu növ meduza 1954-cü ildə 6 minə yaxın insanı öldürüb. Dünyanın ən zəhərli meduzası sayılır və 90 dəqiqə ərzində bir insanı öldürəcək zəhərə malikdir. Bu medizanın insan bədəninə yapışdığı vaxt onun buraxdığı toksinlər birbaşa ürəyə təsir göstərir və sinir sistemini məhv edir.

 

Turan Oruc

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir