ejdaha

İnsanla qidalanan əjdaha əfsanəsi: Qotik incəsənətinin ən qorxunc heykəlləri necə və nə üçün yaradılıb? – FOTOLAR

Baxış sayı: 684

Qarqoyllar (fransızca: gargouille) latın dilində olan garg (boğaz) və qədim fransız dilində olan goule (qulyabanı) sözlərinin birləşməsindən yaranıb.

Bu heykəl növü adətən daşdan olur, qrotesk, roman və qotik memarlıqlarında heyvan və insan kimi təsvir edilir.

Metonimiyaya görə, belə fiqurlar suyu xaric edirlər və əksər hallarda vahiməli bir heyvanı təmsil edirlər. Buna görə də onlar yunan məbədlərində, maskaronlarda və fontanlarda təmsil olunurlar. Qarqoyllar xaric etmə funksiyasına malik olmayan və çox vaxt sadəcə pinakl və kontrforsların yanında bəzək üçün inşa edilən ximeralardan fərqlənirlər.

gargoyle

Başqa bir iddiaya görə isə qarqoyll əfsanə səbəbi ilə yaradılıb. Bu əfsanə Ruan yepiskopu olan müqəddəs Romanın əjdahanı məğlub etməsi əfsanəsi idi. Hekayəyə görə, Seine çayı yaxınlığında bir mağarada yaşayan uzun və əyri boyunlu, güclü çənələri və qorxunc gözləri olan “La Gargouille” adlı nəhəng bir qanadlı əjdaha olub. Bu əjdaha insanlarla qidalanıb. Əfsanələr görə, bu əjdaha getdiyi hər yeri dağıdıb. Əlbəttə ki, ərazinin sakinləri əjdahanın varlığından qorxurdular. İddialara görə, Rouen sakinləri, əjdahanın qəzəbini yatırmaq üçün hər il ona insan qurbanı da təqdim ediblər.

600-cü ildə Romanus adlı bir xristian keşiş Rouenə gəlib. Keşiş xristianlığı qəbul etmək və kilsə tikmək müqabilində insanları əjdahadan xilas etməyi təklif edib.

Həqiqətən də, keşiş vədinə əməl edib. Əjdaha “La Gargouille” xəbərdarlıq məqsədilə başı və bədəni kəndin girişinin üstündə asılaraq yandırılıb. Bundan sonra insanlar əjdaha başını binaların kənarlarında bəzək kimi düzəltməyə başlayıblar.

Əlbəttə, bu, sadəcə bir əfsanədir. Bu memarlıq elementlərinin niyə bu qədər dəhşətli görünməsi ilə bağlı müxtəlif fikirlər var: pis ruhları qorxudurlar və ya insanlara kilsəyə getmələrini xatırladırlar?

gargoyle

Qarqoyllar 1200-cü illərdə Avropadakı kilsələrdə çox populyar idi.

Qədim misirlilərin, romalıların və yunanlıların binalarında drenaj ağzı kimi istifadə etmək üçün qarqoylar dizayn etdikləri də məlumdur.

Yağış yağanda qarqoylun üst hissəsindəki yivdə yığılmış su bu fiqurlarının açıq ağzından axır və binalardakı divarları qoruyur. Eyni zamanda maraqlı bir görüntü yaradır. 2019-cu ildə yanan Notr-Dam kilsəsindəki qarqoyllar xüsusi diqqət çəkirdi. Çünki ilk qarqoyllar Notr-Dam kilsəsi üzərində inşa edilib.

Notre Dame Katedrali, Paris - Gezebildiğin kadar

Ancaq dünyada bu quruluşlara aid başqa bir çox nümunə var.

Qarqoyllar heyvanlar, əjdahalar və qəribə, xəyali heyvanlar da daxil olmaqla hər cür canlıya bənzədilərək hazırlanır. Bəzi qarqoyllar hətta insan təsvirində də hazırlanır.

XIX əsrdə kilsələrin qarqoylları və ximearalarına yeni maraq yaranıb. Bu marağın əsas səbəbi Viktor Hüqo La Bande Noire haqqında yazdığı yazı olduğu düşünülür. Viktor Hüqo 1831-ci ildə dərc edilən “Paris Notr-Dam kilsəsi” romanında qarqoyllar haqqında məlumat verir. Belə ki, Kvasimodonun eybəcərliyi qrotesk qarqoyllarda öz əksini tapırdı. Notr-Dam kilsəsinin qarqoyllarının bir neçəsi keçmiş dövrün dəbi olduğu və zəmanənin neoklassik dəbinə uyğun gəlməməsi bəhanəsi ilə 1792-ci ildə dağıdılıb.

gargoyle




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir