solaxay

İnsanlar niyə solaxay olurlar?

Baxış sayı: 1. 311

Solaxaylar sol əllə yazır, sol əllə yeyir, sol əllə iş görürlər. Araşdırmalara görə, solaxay insanlar daha ağıllı olurlar. Onlar analitik dünya görüşünə malikdirlər.

 

Bəs, insanlar niyə solaxay olur?!

İnsan beyninin sağ və sol yarımkürələrinin funksiyaları fərqlidir. İnsan bədəninin sağ tərəfi beyinin sol, sol tərəfi isə beyinin sağ yarımkürəsinin köməyi ilə nizamlanır. Solaxay insanlarda sağ yarımkürə sol yarımkürə üzərində dominantlıq etdiyindən, onlarda sol yarımkürə daha yaxşı inkişaf edir (e-tibb.az). Bununla belə, solaxaylarda beyinin həm sağ, həm də sol yarımkürələri aktiv olur.

Solaxaylıq genetikdir. Əkiz uşaqların solaxay olma ehtimalı daha çoxdur. Əgər valideynlərin hər ikisi solaxaydırsa, uşaqların solaxay ehtimalı daha da artır.

Dünya əhalisinin 10 faizinin solaxay olduğu bildirilir.

Əksər insan solaxaylığı xəstəlik kimi qəbul etsə də, mütəxəssislər bu fikrin kökündən yanlış olduğu qənaətindədir.

Qadınlarla müqayisədə, solaxaylıq kişilərdə daha çox müşahidə edilir.

Solaxayların sayının azlığı ilə bağlı indiyə kimi elmi araşdırmalar aparılmaqdadır. Lakin araşdırmalar zamanı hər hansı konkret səbəb müəyyən edilməyib. Başqa sözlə, solaxayların sayının az olmasının səbəbi hələ də bilinmir.

Mütəmadi olaraq sağ əlindən istifadə edib, məsələn, futbolu sol ayağı ilə oynayan insanlara da rast gəlinir.

Mütəxəssislərin fikrinə görə, bu cür hallar daha çox uşaqlıqdan yiyələnmiş vərdişlə bağlıdır.

Yəni, sağ əlindən istifadən edən uşaqların başqalarının topa sol ayaqla vurma anını ilk dəfə müşahidə etməsi, bir növ onun sol ayağından istifadə etməsinə şərait yaradır.

Solaxay insanlar nisbətən az yaşayırlar.

Onlar, əsasən, yaradıcı istedadlarına görə fərqlənirlər.

Solaxayların arasında məşhur fotoqraflar, rəssamlar olub. Məsələn, Mikelancelo, Rembrant kimi rəssamlar örnək göstərmək olar. Hüquqi sahədə, idman meydanda (boks, tennis) və ədəbi sferada da solaxaylar uğur qazana bilirlər.

Solaxayların zərərli vərdişlərə daha meylli olmaları, daha çox pul qazanmaları, avtomobili daha yaxşı idarə etmələri barədə yanaşmalar da var. Bundan başqa, sürücülük vəsiqələrinin alınması üçün keçirilən imtahanlarda solaxayların uğur qazanma ehtimalı da yüksək olur.

ABŞ-ın keçmiş prezidentləri – Bill Klinton və Barak Obama, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta da solaxaydırlar.

13 avqust – Beynəlxalq Solaxaylar günü kimi qeyd olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir