psixoloq

İnsanlar psixoterapevtə buna görə üz tuturlar

Baxış sayı: 825

Psixoterapevtlər son illər insanlarda müşahidə etdikləri hallarla bağlı araşdırma aparıblar. Araşdırmanın nəticələrinə görə, aşağıdakı əlamətlər insanların ciddi psixoloji problemlərinin olmasından xəbər verir.

 

“Mən heç bilmirəm ki, nə istəyirəm”

Müalicənin əvvəlində insanın daha çox düşdüyü tələ ondan ibarətdir ki, o, özünün heç kimdə olmayan, nadir bir problemi olduğunu düşünür. Bu kateqoriyada insanın daha çox nə istədiyini bilməməsi yer alır. Həyatında nəyisə dəyişdirmək istəyi, amma bununla paralel, onun “nəyinsə” nə olduğunu bilməməsi ciddi problemlər yaradır. Bu zaman psixoloq da sənin konkret nəyi dəyişdirmək istədiyini anlamağa çalışır. Adətən bu sual arxasında insan həyatındakı sevinc əskikliyi, həyatın mənasız olması hissi, işdə, ailə həyatında yaşadığın xəyal qırıqlığı, münasibətlərindəki natarazlıq, natamamlıq dayanır. Müalicə zamanı bunları danışmaq onların çözülməsi yollarından biridir. Bəli, işin əvvəlində psixoloq səndən özünü necə hiss etdiyini, hisslərinin harmoniyasını soruşa bilər. Bununla da düşdüyün depressiyanın mənbəyi tapılacaq.

psixoterapevt ile ilgili görsel sonucu

“Uşağımı (partnyorumu, müdirimi, anamı) dəyişməyə kömək edin”

Hamımız istəyirik ki, münasibətlərimiz etibar, sevinc üzərində qurulsun. Yaxın adamın hərəkətləri xoş olmayan hisslər yaradırsa, biz bütün məsuliyyəti onun üzərinə atmağa meylliyik: əgər mən özümü pis hiss edirəmsə, demək, sən özünü başqa cür aparmalısan. Bu cür yanaşma tərzi daha böyük problemlərə və münasibətlərin pisləşməsinə gətirib çıxarıb. Psixoloq da daxil olmaqla, heç kəs bir başqa insanı dəyişdirmək gücünə malik deyil. Mütəxəssis, sadəcə, sizin hisslərinizi aça, onun detalları barədə özünüzün özünüzə etiraflar etmənizə səbəb ola, eləcə də birgə kompromislər tapmanıza yardım edə bilər.

 

“Elə edin ki, mən bunu hiss etməyim”

Həqiqi kişilər heç nədən qorxmazlar. Yaxşı qızlar hirslənməzlər. Pozitiv düşün, özünə inan, hər zaman bağışla, kədər, tərəddüd, zəiflik, qıcıq hissini özündən kənarlaşdır. Biz elə bir dünyada yaşayırıq ki, sadəcə, hisslər dəyişir, həyat olduğu kimi davam edir. Ona görə də psixoloq sizə ancaq yad standartları öz ehtiyaclarından ayırmağı öyrədəcək. İkincisi, öz hisslərini suçluluq duyğusu olmadan yaşamana yardım edəcək.

 

“Məndə depressiyadır…”

Bu situasiyada ən vacib detal heç şübhəsiz ki, təbii duyğu düşkünlüyünü depressiv simptomlardan ayırmağı bacarmaqdır. Depressiv durumda bir neçə kateqoriyadan ibarət simptomlar meydana gəlir. Bunlar zamanla daha intensiv olurlar. Sessiya zamanı psixoloq sizdən bu duyğuların simptomatikası və davamlılığı barədə soruşacaq, diaqnozun təsdiqlənməsi üçün digər mütəxəssislərə müraciəti məsləhət görəcək. Depressiyanın olması, onun səbəbləri, tipi barədə dəqiq nəticələri kompleks diaqnostika əsasında müəyyənləşdirmək olar. Depressiyanın müalicəsi də kompleks olacaq və yardımın bir növü kimi psixoterapiyanı özündə əks etdirəcək.

psixoterapevt ile ilgili görsel sonucu

“Mən tənbəl və məsuliyyətsizəm”

Məqsədə çatmama, yarı yolda büdrəmə, zamanla yarışda uduzma, verdiyi sözə əməl edə bilməməmə – bu problemlə üzləşənlər adətən onun səbəbləri barədə yanlış nəticə çıxarırlar. Onlar günahı özlərində görürlər: “İş çox deyil, mən tənbələm”, “Situasiya stressli deyil, mən bacarıqsızam”. Halbuki psixoloqun köməyi ilə siz bu yaşadığınız problemlərin səbəblərini araşdıra bilərsiniz. Ola bilər ki, problem xarakterdə yox, yüklənmədə, maraqsız iş yerində, özündən gözləntilərinin qeyri-adi olmasında, yuxusuzluqda və keyfiyyətli yuxunun olmamasındadır. Problemin bunlardan hansında olmasını müəyyənləşdirmək isə insanın öz əlindədir. Problemin kökünü müəyyən etməklə onu həll etmək arasında qısa vaxt var.

 

“Mən həmişə təlaş keçirirəm”

Ağır təlaş hissi və panik atak günümüzün fenomenlərindən biridir və bu günə qədər də yaxşı araşdırılmayıb. Səbəbsiz qorxu, təlaş insanın bütün psixikasına, bəzən də bədəninə təsir edir. Ona görə də bu halın səbəbsiz olduğunu demək o qədər də doğru sayılmaz. Səbəb hər zaman var. Amma o, çox vaxt dərində və anlaşılmaz ola bilər.

Əsasən bu qorxu travma, uşaqlıqdan qalan xoşagəlməz xatirələr və sonradan yaşanan pis təcrübələrlə bağlı ola bilər. Yaxud bu cür hallar valideynlərdən, nənə və ulu nənə-babadan keçmiş də ola bilər. Bunun adına “nəsillər travması” deyilir. Zaman keçdikcə “qorxudan qorxu” hissi daha da dərinləşir. İnsan növbəti tutmadan qorxur, təlaş hissi böyüyür və daimi yol yoldaşına çevrilir.

Siz yardım üçün müraciət etməyi qərarlaşdırmısızsa, öncə psixoloqun bu sual ətrafında işləyib-işləmədiyini dəqiqləşdirin. Müalicəvi yanaşmadan asılı olaraq, mütəxəssis sizə bu gərginliyi aradan qaldırmağın yollarını öyrədəcək, gərginliyinizi azaldacaq.

 

“İstəyirəm ki, hər şey əvvəlki kimi olsun”

Bəzən yaxşı insanların da başına pis işlər gəlir. Heç kim işini itirməkdən, sevgilisinin xəyanətindən, xəstəlikdən, yaxınını itirməkdən sığortalanmayıb. Travmatik təcrübə insanın həyatını “öncə” və “sonra” hissəsinə ayırır. İnsan sanki iki hissəyə ayrılır. Onun bir hissəsi baş vermiş travmalı hadisədə qalır, o biri hissəsi isə yaşamağa davam edir. Təəssüf ki, keçmişi dəyişmək mümkün deyil və ağrılı təcrübə də silinmir. Müalicənin vəzifəsi – insana bu kədəri sona qədər yaşamaq, özünü keçmişdən qoparmaq və təkcə yaşamağa davam etmək yox, eyni zamanda sevinci, həyatın mənasını görmək, gələcəkdə yaxşılığı tapmaq gücünü verməkdir.

 

“Mən həkimə getdim. Amma o, mənə dedi ki, psixoloq yanına getməliyəm”

Belə hallar da olur: insan fiziki problemlərdən əziyyət çəkir. Bir-birinin ardınca bir neçə həkimə müraciət edir, amma bütün analizlər normada olur. Bəzən belə də olur: xəstəlik diaqnozlaşdırılıb, amma müalicəyə tabe olmur və həkim psixoterapevt məsləhət görür.

psixoterapevt ile ilgili görsel sonucu

Psixika və bədənin işi bir-birindən asılıdır. Emosional gərginliklər insanın fiziki durumunda da öz əksini tapa bilər ki, bu da xəstəliyin daha da gərginləşməsinə səbəb ola bilər. Bəzi xəstəliklər də var ki, bu da daxili konfliktlər, qorxu və gərginliklərin toplusuna görə baş verir. Müalicə bir çox hallarda psixikanın xəstəlik barədə nə dediyini ortaya çıxarır və onun həll yoluna işıq tutur.

 

“Bilmək istəyirəm ki, necə düzgün yaşayım – məni öyrədin!”

Bunu heç bir psixoloq sizə deyə bilməz. Ona görə yox ki, bildiklərini sizə demək üçün paxıllıq edir. Sadəcə, ona görə ki, düzgün yaşamaq, hərəkət etmək, münasibət qurmaq, karyera qurmağın konkret bir üsulu, yolu yoxdur. Psixoloq sizə yalnız o mənada kömək edə bilər ki, həyatı heç də hər zaman təxmin edə və nəzarətdə saxlaya bilməzsiniz. Elə situasiyalar olacaq ki, orada necə davranmaq lazım olduğunu göstərən çox variant olacaq. Amma elə situasiyalar da olacaq ki, orada yaxşı qərar variantı olmayacaq, sadəcə, pislərin arasından nisbətən yaxşısını seçəcəksən. Həyat xaotik və təxmin edilməz olur, planları dağıdır, improvizasiya tələb edir. Kədərli səslənir? Bu halda yaxşı bir xəbər var: düzgün qərarlar və ideal strategiyalar axtarışında siz enerji və həyat gücü qazanacaqsınız. Üstəlik, proses zamanı özünüzə inam hissi yüksələcək və bundan sonra həyatın çətinlikləri ilə daha əzmlə mübarizə apara biləcəksiniz.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir