telefonlar

İnternetdə saxta xəbərləri necə müəyyənləşdirmək olar?

Baxış sayı: 858

İnternetdə etibarlı informasiyanın müəyyən edilməsi xüsusilə, yaşlı insanlar üçün vacibdir.Yaşlı insanlar normal şəraitdə belə, internetdəki səhv məlumatlara yönəlirlər. Koronavirus isə bu problemi daha aktual hala gətirdi. Yaşlı insanlar virusa daha həssas olduqları üçün sağlamlıqla bağlı məlumatları ayırd etmələri vacibdir.

“Böyük qarışıqlıq olanda dezinformasiyalar həmişə artır. Xüsusilə, COVID-19-la bağlı aldığınız yalnış məlumat destruktiv təsirə malik ola bilər”. Bu sözləri yaşlı insanlar üçün təbliğat qrupu olan “AARP” proqramlarının birinci vitse-prezidenti Jan Setzfand deyib.

“AARP” və “Poynter” qeyri-kommersiya media institutu tərəfindən hazırlanmış “Yaşlılar üçün media müdriki” proqramı və “Senior Planet”in ödənişsiz sinifi “Saxta xəbərləri necə müəyyənləşdirmək olar?” yaşlılara yanlış məlumatın necə yarandığı onlayn vebinarlar, dərslər və videolar vasitəsilə öyrədir.

TELEFON

Bu 2 proqramla yaxından tanış olaq:

“Senior Planet”- “Saxta xəbərləri necə müəyyənləşdirmək olar?”

“Senior Planet”in bir saatlıq onlayn sessiyası internetdə yayılan müxtəlif yalnış videolar, saxta reklam və uydurma xəbərlər barədə məlumat verir. “Zoom”da keçirilən seminarda, həmçinin təsdiq qərəzi müzakirə edilir, satira və sizdən fərqli fikirlərin avtomatik olaraq “saxta xəbər” təşkil etmədiyi öyrədilir.

Dərslərin cədvəli təxminən, bir həftə əvvəl “Senior Planet”in saytında yerləşdirilib. Qeydiyyat tələb olunmur.

 

https://seniorplanet.org/get-involved/online/

Səhv məlumatı aşkar etmək və bölüşməmək üçün xəbərin məlum bir media orqanından olub-olmadığını müəyyənləşdirmək lazımdır.

Nəşrin tarixini, məzmunu kimin yazdığını və müəllifin nüfuzlu olub-olmadığını bilmək də bu işdə vacib rol oynayır. Veb saytın “.gov”, “.edu”, “.org” və ya “.com” suffiksinin olub-olmadığını yoxlamaq və saytın bir məhsul satıb-satmadığını müəyyən etmək də önəmlidir. Seminarın iştirakçıları “Snopes.com”, “FactCheck.org” və “Politifact.com” kimi faktları yoxlayan veb saytlar haqqında da məlumat əldə edirlər.

 

“Yaşlılar üçün media müdriki”

“Poynter” institutu və “AARP”nin birlikdə hazırladığı bu proqram onlayn seminarlardan, dərslərdən və praktiki məsləhətləri olan ictimai xidmət elanlarından ibarətdir.

Proqram bu ayın əvvəlində “CNN”nin tibb məsələləri üzrə baş müxbiri doktor Sancay Quptanın başçılığı ilə 30 dəqiqəlik vebinar ilə başladı.

Təşkilatın bildirdiyinə görə, ilk sessiya üçün təxminən 41 min adam imza atıb. “AARP” növbəti internet tədbirlərini veb saytında yayımlayır. https://learn.aarp.org/online-events

Dr. Qupta qeyd edir ki, yalnış məlumatları müəyyənləşdirmək üçün göstərişlərə başlıqları oxumaqla kifayətlənməmək, məlumatı birdən çox mənbədən oxumaq və bu mənbələrin yaxşı sitatlar və əsaslandırmaları olub-olmadığını dəqiqləşdirmək daxildir.

Vebinarda xanım Setzfand sosial medianın insanlara təsir etmək üçün qəzəb və qorxu kimi emosional tətikləyicilərdən istifadə etdiyini də vurğuladı. “Məlumatı bölüşmədən, yaymadan əvvəl dayanın və faktı yoxlayın”,- o qeyd etdi.

Proqram sosial media alqoritmləri və axtarış sistemlərinin necə işlədiyi kimi təməl anlayışları da öyrədir.

Proqramın Covid-19- a dair təlimatlarında “Poynter” institutu keyfiyyətsiz, klikbeyt başlıqlarla bağlı məsələlərdə diqqətli olmağı məsləhət görür.

“Yaşlılar üçün media müdiriki” sentyabrın 24-dən oktyabrın 15-dək pulsuz dörd hissəli onlayn kurs təklif edir.

Onlayn dezinformasiya onlayn fırıldaqçılıqla üst-üstə düşür. Fırıldaqçılar bütün yaş qrupları üzrə insanları hədəf alsalar da, əksər yaşlılar bu məsələdə daha həssas ola bilərlər. Pandemiya zamanı onlar saxta Covid-19 müalicələri ilə əlaqəli maliyyə və şəxsi məlumatlar üçün hiylə işlətməyə çalışdılar.

Bu mövzuda daha çox məlumat əldə etmək istəyənlər “AARP”nin saxtakarlıq barədə seminarına qatıla bilərlər.

Bu geniş səylər dezinformasiyaların təhlükələrinə diqqət çəkir. Xanım Setzfandın dediyi kimi, maarifləndirmə bu məsələnin ən əsas həll yoludur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir