MENZIL

İpoteka ilə sosial ev almaq istəyənlərin DİQQƏTİNƏ

Baxış sayı: 1. 036

Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli ipoteka krediti hesabına mənzil əldə etmək istəyən vətəndaşlara müraciət edib.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin 2019-cu il yanvarın 14-dəki 469 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli və agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Qeyd edək ki, istifadəçi “Güzəştli mənzil” sistemində elektron kabinetinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində həmin razılıq qərarını imzalamalıdır. Əks halda mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə əldə etmək mümkün olmayacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir