KORONAVIRUS

İqlim şəraiti koronavirusun yayılmasına təsir edirmi? – TƏDQİQAT

Baxış sayı: 157

Dünya alimləri iqlimin koronavirus infeksiyasının yayılmasına təsirini qiymətləndirib.

Məlum olub ki, iqlim şəraiti COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasının yayılması aktivliyinə təsir etmir.

Bu barədə məlumat “Canadian Medical Association Journal” jurnalında dərc olunan tədqiqatın nəticələrində ortaya çıxıb.

Alimlər 144 geosiyasi zonada 375 min 600 təsdiqlənmiş yeni tip koronavirus yoluxmasını analiz ediblər. Onlar martın 20-dən 27-nə qədər coğrafi en dairəsi, havanın hərarəti, rütubətlik kimi geniş faktorları nəzərə alaraq yoluxmanın dinamikasının müqayisəsini aparıblar. Bundan başqa, təsir dövrü ərzində (martın 7-dən 13-dək) xəstəliyin yayılmasına qarşı tətbiq edilən tədbirlərə də diqqət yetirilib.

Mütəxəssislər COVID-19 xəstəliyinin epidemik artımının coğrafi enlik və ya havanın hərarətindən əhəmiyyətli asılılığını müəyyən etməsələr də, rütubətlə yoluxmanın azalması arasında zəif əlaqəni aşkarlayıblar. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, məktəblərin bağlanması, sosial məsafə və ictimai səhiyyə tədbirləri kimi tətbiq edilən məhdudiyyətlər vəziyyətə daha çox təsir göstərib.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 adlandırdığı virusun yayılmasını pandemiya elan olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir