kabab

İran kababı da “haram” buyurdu

Baxış sayı: 1. 877

Iranda daha bir qida növü qadağan edilib.

Manqalda hazırlanan kabablar insan sağlamlığına təhlükə törədə bilər. Gencaile.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, belə qənaətə İran alimləri gəliblər.kabab

Laboratoriya analizi və kompüter modelləşdirilməsi nəticəsində alimlər müəyyənləşdiriblər ki, açıq odda və ya manqalda bişirilən ət avtomobilin işlənmiş qazı qədər ziyanlı maddələrə malikdir.

Digər tərəfdən, araşdırmalar göstərib ki, tüstüdə olan təhlükəli birləşmələr insanın DNK mutasiyası ehtimalını yüz dəfələrlə artıra bilər. Bu da xərçəng xəstəliklərinə səbəb olar. Həmçinin, manqalda yanan odun tüstüsünün və qovrulan ətin orqanizmə tütündən çox ziyan vurduğu müəyyənləşib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir