geyim

İri sinəli xanımlar, belə geyinin – FOTOLAR

Baxış sayı: 1. 737

Sinəsi kiçik olan qadınlar sizi qısqanır bəlkə də. Ancaq bilmirlər ki, iri sinəyə uyğun geyinmək olduqca çətindir. Çünki bu cür görünüşdə hər geyim gözəl görünə bilmir. Odur ki, iri sinəli xanımlara geyim təkliflərimiz var.

 

Bədənə yapışmayan düyməli köynək

Geyindiklərinizin bədəninizə uyğun olması hər zaman əhəmiyyətlidir. Ancaq bu, iri sinəli qadınlar üçün iki qat önəmlidir. Dar köynək sinəni çox böyük, gen köynək isə gövdənizi iri göstərə bilər. Buna görə də ikisinin ortasını tapmaq lazımdır. Düymələrin aralarından bədəniniz görünməməlidir.

 

Yumşaq bir mayka

Nə edirsinizsə edin, bəzi bluzlar sinəyə yapışır və arasına girir. Bunun qarşısını almaq üçün ən yaxşı üsul əlavə yumşaq bir mayka geyinməkdir. Bir rəngli, əsasən də qara mayka sizi qurtara bilər.

 

Çiyinlərinizi çərçivələyən pencəklər

Bədənə oturan pencək hər qadının qarderobunda olmalıdır. Həm qüsurları örtür, həm də bədən formasını vurğulayır. Pencək geyinərək bütün diqqətin sinənizə yönəlməsinə mane ola bilərsiniz.

 

Tarazlıq üçün enli ətək

Bədəninizin yuxarı hissəsi kifayət qədər həcmli olduğu üçün mütənasib görünmək üçün aşağı hissənizi də vurğulamalısınız. Bunun üçün ən yaxşı üsul enli və uzun ətəklərdir. Həm tərzli görünür, həm rahat, həm də bədəninizi sabitləyəcək.

 

Beli vurğulayan paltar

Tunik köynəklər, düz və enli paltarlar sizi dördbucaq kimi göstərər. Qum saatı bədəninizi vurğulamaq üçün kəmərli, ətəyi A şəklində enən paltarları seçin.

 

Dekoltenizi göstərmək üçün dərin bir V yaxa

Hər şeyin yeri və zamanı var. Sinəniz böyükdür deyə onu gizlətmək məcburiyyətində deyilsiniz. Qürurla sərgiləmək istəyəcəyiniz anlar olacaq. Lakin bunu doğru bir şəkildə etməlisiniz. Dərin bir V yaxa boynunuza zəriflik qatacaq, tərs üçbucaq görüntüsü gövdənizi uzadacaq, orta hissənizi daha uzun və incə göstərəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir