bas agrisi

İşə dü­zəlt­mə agent­lik­lə­ri­nin fı­rıl­daq­lı­ğı

Baxış sayı: 1. 831

Son za­man­lar işə dü­zəl­mək çə­tin ol­du­ğu üçün in­san­la­rın ümid­lə­ri­lə oy­na­maq­la pul qa­za­nan iş­baz­lar ço­xa­lıb. İşə dü­zəlt­mə agent­li­yi adı ilə əs­lin­də qey­ri-qa­nu­ni fəa­liy­yət gös­tə­rən sa­hib­kar­lar on­la­ra mü­ra­ci­ət edən­lər­dən 5-20 ma­nat mü­qa­vi­lə və ya an­ket dol­dur­maq üçün pul alır, nə­ti­cə isə ol­mur…

Və­tən­daş­la­rın Əmək Hü­quq­la­rı­nı Mü­da­fiə Li­qa­sı­nın səd­ri Sa­hib Məm­mə­do­vun bil­dir­di­yi­nə gö­rə, işə dü­zəlt­mə agent­lik­lə­ri iş ax­ta­ran in­san­la­rın ça­rə­siz­li­yin­dən, ina­mın­dan sui-is­ti­fa­də edir və xey­li in­sa­nı al­da­dır­lar: “Bir otaq ki­ra­yə tu­tur, bir te­le­fon gö­tü­rür və bir qı­zı da or­da əy­ləş­di­rir­lər. Hər ye­rə işə dü­zəlt­mə ilə bağ­lı elan­lar ya­yır­lar. Yax­şı maa­şı olan, la­kin ali təh­sil tə­ləb et­mə­yən iş­lər tək­lif edir­lər. İşə dü­zəl­mək üçün şəxs­lər də gə­lən­də on­lar­dan an­ket dol­dur­maq, mü­qa­vi­lə bağ­la­maq üçün 10-15 ma­nat alır­lar. Son­ra da de­yir­lər ki, “si­zin­lə əla­qə sax­la­ya­ca­ğıq”. Am­ma zəng be­lə et­mir­lər. İşə dü­zəl­mək üçün mü­ra­ci­ət edən şəxs özü zəng vu­rub iş­lə ma­raq­la­nır, ona isə ca­va­bın­da: “bu gün, ya da sa­bah ola­caq” de­yir­lər. Şəxs o vax­ta qə­dər zəng vu­rur ki, ar­tıq onun te­le­fon zəng­lə­ri­nə ca­vab ver­mir­lər, son­da be­zir və əl çə­kir. Nə­ti­cə­də ay­lar­la 15 ma­nat­dan 300-400 nə­fər in­sa­nı al­da­dıb pul qa­za­nır­lar. Tə­əs­süf ki, işə­dü­zəlt­mə ilə bağ­lı də­lə­duz­luq ge­niş ya­yı­lıb. Da­ha təh­lü­kə­li­si xa­ri­cə işə dü­zəlt­mə ilə bağ­lı agent­lik­lər­dir. Xa­ric­də işə dü­zəl­mək is­tə­yən in­san­lar in­san al­ve­ri­nin qur­ba­nı ola bi­lər. Bu da­ha cid­di mə­sə­lə­dir”.
Məm­mə­dov qeyd edib ki, an­ket dol­dur­maq adı ilə pul is­tə­yir­lər­sə, bu, fı­rıl­daq­dır: “Nor­mal işə dü­zəl­dən agent­lik əs­lin­də işə gö­tü­rən­lə da­nı­şır, işə gö­tü­rən­dən pul alır. Əmək Mə­cəl­lə­sin­də an­ket pu­lu ki­mi mə­sə­lə­lər yox­dur”.

Həm­söh­bə­ti­miz və­tən­daş­la­rı xa­ric­də işə dü­zəlt­mə ilə bağ­lı elan­lar­la da­ha eh­ti­yat­lı ol­ma­ğa ça­ğı­rır.

S.Məm­mə­dov bil­di­rib ki, Bey­nəl­xalq Əmək Təş­ki­la­tı­nın kon­ven­si­ya­sı­na əsa­sən əs­lin­də işə dü­zəl­mə üçün xərc­lə­ri işə­gö­tü­rən­lər ödə­mə­li­dir. “Am­ma biz­də iş­çi qüv­və­si­nin çox ol­ma­sı sə­bə­bin­dən işə gö­tü­rən­lər bə­zən heç ma­raq gös­tər­mir. Şəx­siy­yət və­si­qə­si­ni alıb qa­nun­suz sax­la­yır­lar. Han­sı­sa bir yol­la da­nı­şı­ğa gə­lib ilk əmək haq­qı­nın 50 fai­zi­ni, bə­zən bü­töv əmək haq­qı­nı alıb şəx­siy­yət və­si­qə­si­ni qay­ta­rır­lar. Şəx­siy­yət və­si­qə­si­nin gi­rov sax­la­nıl­ma­sı yol­ve­ri­lən hal de­yil”.

De­di­yi­nə gö­rə, be­lə fı­rıl­daq­çı­lar­la üz­lə­şən və­tən­daş­lar ək­sər vaxt şi­ka­yət et­mir­lər: “15 ma­na­ta gö­rə in­zi­ba­ti xə­ta­lar nə­zər­də tu­tu­lur. Şi­ka­yət küt­lə­vi ol­sa, cid­di cə­za nə­zər­də tu­tu­la bi­lər”.

“İs­la­hat­çı Gənc­lər” İc­ti­mai Bir­li­yi­nin səd­ri Fə­rid Şah­baz­lı­nın dedi­yi­nə gö­rə, möv­cud olan iş şir­kət­lə­ri­nin və­tən­daş­la­rı al­dat­ma­sı də­lə­duz­luq­dur: “He­sab edi­rəm ki, bu mə­sə­lə­də, xü­su­si­lə də, gənc­lə­rin üzə­ri­nə bö­yük mə­su­liy­yət dü­şür. Gənc­lə­ri­miz diq­qət­li ol­ma­lı­dır. Ali təh­sil­li gənc­lər­di­sə, ha­ra və ni­yə mü­ra­ci­ət et­dik­lə­ri­nin fər­qi­nə var­ma­lı­dır­lar. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı əs­rin­də han­sı­sa bir şir­kə­tə iş üçün mü­ra­ci­ət et­mək mən­tiq­li de­yil. Çün­ki şir­kət­lər­də işi har­dan­sa xü­su­si zəh­mət, ba­ca­rıq­la əl­də et­mir­lər. On­suz da şir­kət­lər in­ter­net­də öz iş va­kan­si­ya­la­rı­nı qo­yur­lar. Yal­nız da­ha mən­tiq­lə və da­ha diq­qət­lə araş­dır­sa­lar öz­lə­ri də iş ta­pa bi­lər”.
Fı­rıl­daq­çı­la­ra gə­lin­cə, həm­söh­bə­ti­miz de­yir ki, be­lə hal­lar­la bağ­lı çox­say­lı in­for­ma­si­ya­lar olur. “Dü­şü­nü­rəm ki, mü­va­fiq qu­rum­lar bu mə­sə­lə­ni diq­qə­tə al­ma­lı və mü­va­fiq təd­bir­lər gör­mə­li­dir”.

is

Hü­quq­şü­nas Vü­qar Sə­fər­li bi­zim­lə söh­bə­tin­də bil­di­rdi ki, işə dü­zəlt­mə agent­lik­lə­ri­nin işə dü­zəl­mək is­tə­yən­lər­dən ümu­miy­yət­lə pul gö­tür­mə­si qey­ri-qa­nu­ni­dir: “İşə­dü­zəlt­mə agent­lik­lə­ri­nin bu cür fəa­liy­yə­tə li­sen­zi­ya­la­rı yox­dur, on­lar qey­ri-qa­nu­ni fəa­liy­yət gös­tə­rir. Be­lə bir li­sen­zi­ya­laş­dı­rıl­mış xid­mət nö­vü yox­dur. Qey­ri-qa­nu­ni sa­hib­kar­lıq­la məş­ğul olur­lar. Ey­ni za­man­da, mü­ra­ci­ət edən­lər­dən pul yığ­dıq­la­rı üçün qa­nun­suz­luq edir­lər. İşə dü­zəlt­mək ümi­di ilə gə­lən­lər­dən pul, şəx­siy­yət və­si­qə­si­ni alır­lar. Bu da də­lə­duz­luq əmə­li­dir. Bu əməl­dən zə­rər­çə­kən­lər hü­quq mü­ha­fi­zə or­qan­la­rı­na mü­ra­ci­ət edə bi­lər. Ci­na­yət Mə­cəl­lə­si­nin 178-ci mad­də­si ilə də­lə­duz­lu­ğa gö­rə ki­mə nə qə­dər zi­yan vu­ru­lub­sa, zi­ya­nın miq­da­rı­na gö­rə, kol­lek­tiv şi­ka­yət et­sə­lər, ümu­mi məb­ləğ xey­li miq­da­rı keç­sə, ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb olu­nur­lar”.

V.Sə­fər­li məs­lə­hət gö­rür ki, in­san­lar re­al ol­ma­yan şir­nik­lən­di­ri­ci tək­lif­lə­ri qə­bul et­mə­sin: “Yə­ni, on­la­ra al­dan­ma­sın­lar. İşə dü­zəl­mək üçün və­tən­daş əra­zi üz­rə qey­diy­yat­da ol­du­ğu məş­ğul­luq ida­rə­si­nə mü­ra­ci­ət et­mə­li­dir. Məş­ğul­luq ida­rə­sin­də qa­nun­ve­ri­ci­lik­də gös­tə­ril­miş müd­dət ər­zin­də on­la­ra iş tək­lif edə­cək­lər. Əgər iş tək­lif et­mə­sə­lər, iş­siz ki­mi qey­də ala­caq­lar və on­la­ra iş­siz müa­vi­nə­ti ve­rə­cək­lər”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir