is

İş barəsində söhbət apararkən gələcək məvacib haqda necə danışmaq lazımdır?

Baxış sayı: 581

Əgər “5 ildən sonra ən güclü bacarıqlarınızı sadalayın”sualının cavabını bilmək istəyirsinizsə bu məqaləni oxumanız məsləhətdir.

 

Bazarı araşdırın

Hansısa işə qəbul olarkən, istədiyiniz vəzifə ilə bağlı verilən aylıq məvaciblərin nisbətini öyrənmək məsləhətdir. Sözsüz ki, iri şirkətlərdə bu məbləğ böyük, kiçiklərdə isə nisbətən aşağı olacaq.

Bundan əlavə öz təcrübənizi və keçmiş iş yerinizdəki nailiyyətləri yaddan çıxartmayın: iri (hər hansı) müqavilələr, yeni müştərilər, assortimentin genişləndirilməsi və s.

Əgər uğurunuz, hansısa mükafatınız varsa onu mütləq qeyd edin.

 

Konkret təklif gözləyin

Adətən müsahiblər söhbət zamanı sizə cari maaşınız barədə sual verir. Bu suala cavab verdikdə siz işəgötürənin işini asanlaşdırırsınız. Çünki o, sizin keçmiş iş yerinizdəki maaşa yox, təcrübə və bacarıqlarınıza diqqət yetirməlidir.

Bu səbəbdən, qeyd edilən sualı eşitdikdə deyin ki, müzakirəyə açıqsınız, lakin işəgötürən konkret təklif etdikdən sonra daha detallı söhbət edə bilərsiniz.

Təşəbbüskar olun

Sizə şirkətin işi ilə bağlı nəyi dəyişmək istədiyinizlə bağlı sual verildikdə şirkətin işinin yaxşılaşması ilə bağlı sənədi (əgər varsa) təqdim edirsiniz.

Sözsüz ki, söhbət yalnız sizin vəzifəniz çərçivəsində reallaşa biləcək inkişafdan getməlidir. Bu təşəbbüs sizi peşəkar kimi göstərəcək və müsahibiniz sizin işə ciddi yanaşdığınızı və perspektiv haqqında düşündüyünüzdən əmin olacaq. Həmçinin bu amil sizə nəzərdə tutduğunuzdan bir qədər yüksək məvacib tələb etmək şansı verəcək.

 

Yüksək məbləğ qeyd edin

Araşdırmalara əsasən, adətən işəgötürən şirkətin yeni işçiyə təklif etdiyi maaşı ona verə biləcəyi məbləğdən maksimum 15-20% aşağıdır. Buna görə də, iş bazarında baş vurduğunuz vəzifəyə görə verilən maaşın ən yüksək məbləğini qeyd etməlisiniz.

Sözsüz ki, siz alacağınız maaşı müzakirə edə bilərsiniz, lakin bunu etdikdə əlinizdə əlavə iş təklifinin olması daha məsləhətlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir