is gorusmesi

İş görüşlərində hansı geyimləri geyinməliyik?

Baxış sayı: 158

Bəzən uğursuz iş görüşlərinin səbəblərindən biri də düzgün seçilməyən libaslar olur. Ümumiyyətlə, hər yerin özünəməxsus geyim tərzi var və iş görüşlərinə gedərkən məhz geyim tərzinə xüsusilə fikir verməliyik.

Geyiminiz toy-bayram, idman üslubunda olmamalıdır. Axı bu görünüş heç də ciddi obraz yaratmır.

Libasın rəngi isə bir və ya iki rəngdən ibarət olmalıdır: ağ, qara, boz, açıq qəhvəyi, tünd göy.

Lakin bu o demək deyil ki, hər iş üçün getdiyiniz görüşdə eyni tərzdə olmalısınız. Əlbəttə ki, yox!

Yaradıcılıq tələb edən görüşlərə isə daha rahat geyim kombinləri seçə bilərsiniz, amma yenə də sizi qeyri – ciddi göstərən geyimlərə üstünlük verməyin.

Dekolte geyimlər, xüsusən də dərin sinə dekoltesi yolverilməzdir.

Şort, həddindən artıq qısa ətəklə iş görüşünə getmək olmaz!

is gorusmesi

Ayaqqabı seçimində isə “başmaq”, burnu açıq ayaqqabı növləri geyinilməməlidir. Hətta ayaqqabını ayaqyalın geyinmək düzgün sayılmır. Tozlu, palçıqlı, ləkəli ayaqqabı ilə əsla görüşə getməyin.

Daha çox klassik tərzdə geyinmək məqsədə uyğundur.

Kişilər də, xanımlar da kostyumlarının ütülü, səliqəli olmasına fikir verməlidir.

Ətirdən qədərində istifadə etmək yaxşıdır. Yoxsa bütün otağı bürüyəcək qədər ətir qoxusu heç də xoş əhval yaratmayacaq. Həm də nəzərə almaq lazımdır ki, ətirlərə və ya tünd qoxulara allergiyası olan insanlar var və bu hal onların səhhətində narahatlıq yarada bilər.

 

Həyat Qəhrimanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir