kishi

İş mühitində öz effektivliyinizi artıra builəcək 5 vərdiş

Baxış sayı: 175

Demək olar, hər kəs iş həyatına ilk addımlarını atarkən öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün səbirsizlənir. Lakin, bəzi vərdişlər var ki, onlara yiyələnsəniz, iş mühitində öz effektivliyinizi artıra bilərsiniz. İşinizdə daim effektiv olmanız isə sizin uğurlu karyera qura bilmə ehtimalınızı artırır. Bu beş vərdiş aşağıdakılardır:

 

1) Tapşırıqları yerinə yetirməkdə könüllü iştirak edin

Öyrənməyə can atdığınızı və işdən qorxmadığınızı sübut etməyin ən yaxşı yollarından biri tapşırıqları yerinə yetimək üçün könüllü olmaqdır. Xüsusi ilə də, heç kimin yerinə yetirmək istəmədiyi tapşırıqları.

Lakin bunu etməmişdən əvvəl, öz bilik və bacarıqlarınızı qiymətləndirin, tapşırığı yerinə yetirə bilib bilməyəcəyinizdən əmin olun. Əgər onu sona kimi və mükəmməl şəkildə edə biləcəyinizdən əminsinizsə, onda irəli.

Bir şeyi də yadda saxlayın. Az söz verib, çox etməyə çalışın. Sizə verilən dəyərli imkanı korlamaycağından əmin olun. Əgər tapşırığı yerinə yetirməyə başladınızsa, onu sona kimi aparın. Bu zaman, siz əlavə işlər görmək üçün kifayət qədər cəsarətli və tapşırıqları sonuna qədər yerinə yetirən bir işçi kimi tanınacaqsınız. Bu, mənimsəməli olduğunuz ilk vərdişdir.

 

2) İnsanlarla xoş rəftar edin

Əminik ki, siz bunu kifayət qədər tez-tez eşidirsiniz. İnsanlarla onların peşə və vəzifələrindən asılı olmayaraq xoş rəftar edin. Bir az fəlsəfi səslənsə də, bil ki, siz insanlara xoş rəftar etdiyiniz zaman, onlar sizə kömək etmək üçün əllərindən gələni edəcəklər. Yeni təşkilatda işə başladığınız zaman isə, sizə nə kömək lazım olacağını əvvəlcədən bilməniz mümkün deyil. Əməkdaşlar isə xoş və istedadlı insanlarla işləməyi sevirlər. Bu vərdişə yiyələnsəniz, insanların sizinlə işləmək iştəmə ehtimalını artıracaqsanız.

İnsanlarla xoş rəftar etmək sadəcə olaraq nəzakət tələb edir. Bu vərdişi mənimsəmək üçün sizə xüsusi bacarıq lazım deyil. Səhər-səhər gülümsəyib, insanlara “sabahınız xeyir” demək yaxşı başlanğıc ola bilər. İndiki vaxtda stressli mühitdə çalışan insanlar özlərindən çıxanda, adətən sterssi bəhanə edirlər. Buna ehtiyac varmı? Xoş rəftarın qarşılğı da adətən xoş rəftar olur. Əslində, bu sizə stressin səvviyəsini aşağı salmağa kömək edə bilər.

 

3) İşlərinizi prioritetləşdirin

Biz hər zaman işə ürəyimizə daha yaxın olan tapşırıqlardan başlayırıq. Lakin, bu, hər zaman bizim siyahımızda olan ən təcili və vacib tapşırıqlar olmaya bilər. Əgər siz daha vacib və təcili tapşırıqları qoyub, sizin üçün daha maraqlı olandan başlasanız, uğur qazanmaq şansını aşağı salacaqsanız.

Görməli olduğunuz işlərin siyahısını şirkət üçün strateji vaciblik əsasında tərtib edin. Korporativ məqsədlərə nail olmaq üçün, tapşırıqların yerinə yetirilməsində öz rolunuzu müəyyənləşdirin. İşlərinizi prioritetləşdirdiyiniz zaman, siz daha məhsuldar olursunuz və karyeranızda uğur qazanmaq şansınız daha da artır.

 

4) Pozitiv olun

İş dünyasına yeni daxil olan bir insan kimi özünüzü asanlıqla narahat hiss edə bilərsəniz. Siz hələ iş sisteminə öyrəşməmisiniz. Siz, məktəb və universitetdəkindən fərqli davranan yeni insanlarla işləməli olacaqsınız. Buna öyrəşmək o qədər də asan deyil. Hər bir ofisin öz siyasəti var və siz ona uyğunlaşmalısınız.

Bunlara fikir vermədən, çətinliklər qarşısında müsbət olun. Müsbət olduğunuz zaman, siz fikrinizi öz məqsədləriniz ətrafında cəmləşdirə bilirsiniz. Siz daha yaxşı qərarlar verirsiniz və nəticədə daha məhsuldar olursunuz.

 

5) Problemi tapın, amma həllini də təklif edin

Beş səmərəli iş vərdişləri siyahısında mənimsəməli olduğun sonuncu vərdiş, müdir və ya rəhbərik qarşısında hər hansı bir problemi işıqlandırdığın zaman, onun həllərini də təklif etməyindir. Yadda saxlayın ki, siz hər hansı bir problemi qabardıb, onun həllini təklif etməyəndə, bu şikayət kimi qəbul olunur.

Belə görünməmək üçün, həll yolları təklif edin. Bunu etməklə, siz həmçinin müdirinizə göstərirsiniz ki, ona müraciət etməmişdən əvvəl, siz yaranan  problem haqqında fikirləşmisiniz. Təklif etdiyiniz həllər arasında daha məsləhətli olanı fikrinizdə tutun.

Bu beş səmərəli iş vərdişlərini bizim şirkətdə yeni işə başlyan məzunlara hər zaman aşılamağa çalışırıq. İlk baxışdan onlar sizə adi görünə bilər, lakin bəzən real iş mühitində insanlar bu sadə vərdişləri unudurlar və onları tətbiq etmirlər. Bu vərdişləri mənimsəyib, daimi olaraq tətbiq edin və karyeranızda  uğur qazanma şansınızı artır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir