is

İş yerində son qoymalı olduğunuz pis vərdişlərniz

Baxış sayı: 310

1) “Pis rəhbər” – insanların işdən çıxmasına təsir edən səbəblərdən biridir. Lakin, insanlar bunu da nəzərə almalıdırlar ki, rəhbərlə pis münasibətlərinin səbəbi elə özləri ola bilərlər.

Ona görə də əgər özünüzü işdə rahat hiss etmək istəyirsinizsə, bu kimi pis vərdişləri unutmalısınız:

 

2)  İşə gecikmək

Təbii ki, burada tək-tək halda baş vermiş səbəblərdən gecikmələr nəzərdə tutulmur. Həyatda başımıza hər bir şey gələ bilər. Söhbət patoloji gecikmələrdən gedir. Əgər hər gün ofisə ən gec gələn sizsinizsə, rəhbərlik bundan məmnun olmayacaq.

 

3) Görüşlərə gecikmək

Belə halda rəhbəriniz düşünə bilər ki, sizin üçün sizin işləriniz şirkətin işlərindən daha əhəmiyyətlidir.

 

4) Göstərişləri təxirə salmaq

Bəli, bu qıcıqlandırıcıdır. Çalışın rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirəsiniz. Əks halda isə münasibətlər pozula bilər.

 

5) Sonsuz sayda suallar vermək

Əgər iş ilə bağlı sual vermək istəyirsinizsə, rəhbərlik sizin bilik və bacarıqlarınıza şübhə ilə yanaşa bilər. Yaxşı olar ki, aydın olmayan məsələləri özünüz araşdırıb həllini tapasınız.

 

6) Həll yollarını yox, problemləri səsləndirmək

Əməkdaşın əsas vəzifəsi rəhbərin yükünü artırmaq deyil, azaltmaqdır. Bu səbəbdən problemi dedikdən sonra, onun həll yollarını da təklif edin.

 

7) Səliqəsiz olmaq

Sizin iş yeriniz necə insan olduğunuzu göstərir. Çalışın iş yerinizdə səliqəliyə riayət edəsiniz.

 

8) Telefonla danışmaq

Təbii ki, burada təcili zənglərdən söhbət getmir. Lakin yaxşı olar ki, işdənkənar bütün zəngləri nahar fasiləsinə və ya asudə vaxtınıza saxlayasınız.

9) İş yoldaşlarınız ilə söhbət etmək

Əgər siz çox ünsiyyətcil insansınızsa, özünüzü işdə idarə etmək kifayət qədər çətin ola bilər.

 

10) Qeybət etmək

Bu, sizə olan etimadı azaldır.

 

11) İştiraksız olmaq

Ən yaxşı işçilər – rəhbərliyə bütün məsələlərdə kömək edən işçidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir